En son xeberler

“Vəhşi” 90-lara geri dönüş – Yayda Rusiyada qorxunc vəziyyət yarana bilər

İyun ayında Rusiyada iqtisadi vəziyyət qorxunc xarakter ala bilər.

Bu barədə “Moskovski komsomolets”də dərc edilən məqalədə deyilir.

Məqalə müəllifi Rusiya Federasiyası Mərkəzi Bankının “Trendlər nədən danışır” bülleteninin yeni nömrəsinə istinad edib.

Qeyd edilir ki, analitiklərin çoxunun fikri Mərkəzi Bankın rəhbəri Elvira Naibulinanın dəyərləndirməsi ilə üst- üstə düşüb. Məsələn, söhbət istehsal nəqliyyat həlqələrinin pozulması ilə əlaqədar olan problemlərdən nəticədə hətta tikiş istehsalı kimi sadə sahələrin zərər çəkəcəyindən gedir.

“Məsələn, düymələri götürək. Onlardan çox istehsal edilir, lakin yeni tərəfdaşların axtarılması, logistikanın yenidən qurulması bir neçə ay çəkə bilər. Eyni şeyi, məsələn, kağız sənayesi barədə demək olar: bizdə oduncaq Rusiyanındır, amma ağardıcı ximikatlar idxal edilir”, – analitiklər Mərkəzi Bankın rəhbərindən iqtibas gətirib.

Məruzədə əsas diqqət ona yönəlib ki, iqtisadiyyatın stuktur transformasiyası texnoloji reqreslə müşahidə ediləcək

Bu, xüsusilə yüksək rəqəmsal ya qabaqcıl xarici texnologiyaların tətbiq edildiyi sahələrdə təzahür ediləcək. Belə sahələrdən biri də, məsələn, maşınqayırma elektron sənayesidir.

Məruzədə problemlərin artıq iyun ayında kəskin təzahür edəcəyi barədə xəbərdarlıq edilir. İlk növbədə alternativ tədarükçülərin axtarışı ehtiyyatlardan (o cümlədən maliyyə resurslarından) qənaətlə istifadə edilməsi məsələsi üzə çıxacaq.

Analitiklər xəbərdarlıq edib ki, problemlər ehtiyyat hissələrinin servis xidmətlərinin çatışmazlığı səbəbindən artacaq. Bu zaman sahibkarlar üçün vergilərin azaldılması təklif edilir.

Analitiklər ötən əsrin 90- cı illərinə dönüşü istisna etmir, çünki yaranmış vəziyyətdə vasitəçi xarici ticarət şirkətlərinin “çelnok” (məkik, masura- tikiş maşınında sapı verən detal) kiçik biznesinin rolu artacaq.

“İqtisadiyyat haradasa 1990- cı illrin kasıb dövrünə, otaqların az qala yarısı boyda olan damalı çantaların Türkiyə Çin istehsalı olan geniş istehlak malları ilə dolu olduğu dövrə qayıdacaq”.

Bu “çelnok”lar investisiya idxalı ilə- maşınlar, avadanlıq sənaye yığımı üçün komplektlərlə bağlı problemlərin həllinə heç cür kömək etməyəcək.

“Sanksiyaların nəticələri hələlik hiss edilmir, çünki mağazalarda mallar maddi ehtiyatlar var. Lakin bu ehtiyatlar sürətlə tükəndiyindən artıq iyun ayından “X” saatı gələvək. O zaman sanksiyaların iqtisadiyyata necə təsir edəcəyi onlardan necə yaxa qurtarmağın yolları aydınlaşacaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button