
Türkiyə və Rusiya quru sərhədindəki tıxac problemini aradan qaldırmaq üçün limanlarla bağlı razılığa gəlib.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Novorossiysk limanında Ro-Ro terminalları, sərnişin gömrük sahələri və yol nəqliyyat vasitələrinin gözləmə yerləri üçün lazımi infrastrukturun yaradılmasına başlanılıb. Bundan əlavə, Soçi limanını Ro-Ro xidmətlərinə açmaq üçün bəzi addımlar atılır.
Rusiya tərəfi qeyd edib ki, Qafqaz limanı gəmilərə xidmət göstərə bilər və bütün növ Ro-Ro əməliyyatlarına hazırdır. Kerç boğazında da yaşanan problemlərin minimuma endirildiyi və gözləmə müddətlərinin iki saatdan çox olmadığı bildirilib.