En son xeberler

Osman Kavala ömürlük həbs cəzasına məhkum edildi

Eyni məhkəmə daha 7 nəfəri hər biri 18 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb

Aprelin 25-də Türkiyə xeyriyyəçisi Osman Kavala etirazları maliyyələşdirməklə hökuməti devirmək cəhdi ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Reuters yazır ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Qərb hökumətləri Kavala işinin siyasi motivli olduğunu bildirirlər.

64 yaşlı Kavala, ona qarşı heç bir ittiham isbat olunmasa da, artıq dörd il yarımdır ki, həbsxanadadır Gezi parkı etirazlarına görə özünə qarşı irəli sürülmüş ittihamları rədd edir.

Bu etirazlar 2013-cü ildə İstanbuldakı Gezi parkında kiçik bir aksiyadan qığılcım alaraq bütün ölkəni bürümüşdü.

Eyni məhkəmə daha 7 nəfəri hər biri 18 il müddətinə azadlıqdan məhrum edən hökm çıxarıb.

Sübutu olmayan sübut

Məhkəmə sübutlar olmadığlna görə Kavalaya qarşı casusluq ittihamına xitam verib.

Məhkəmə zalında müxalifət insan haqları müdafiəçiləri də daxil 200 nəfər vardı. Onlar ara sıra qışqırır hakimlərə etiraz səsləndirirdilər.

Kavala son sözündə deyib ki, prokurorun onun üçün ömürlük həbs cəzası istəməsi “sübutu olmayan sübuta” əsaslanır əslində ədliyyənin əli ilə həyata keçirilən “sui-qəsddir”.

Amnesty International təşkilatının Avropa üzrə direktoru Nils Muyjineks Kavala daha 7 müttəhim barədə hökmlərdən danışarkən deyib:

“Biz bugün ədalətin heyrətamiz miqyasda məsxərəyə qoyulmasının şahidi olduq. Bu hökm təkcə Osman Kavalaya, digər 7 müttəhimə onların ailələrinə qarşı yox, həm də Türkiyədə ondan kənarda ədalətə insan haqlarına inananlara dağıdıcı zərbədir”.

Muyjineks bildirib ki, bu məhkəmə hökmü heç bir məntiqə sığmır müstəqil səsləri boğmaq məqsədi güdür.

Türkiyə Avropa Şurasından çıxarıla bilər

AİHM insan haqları fəalları Kavala digər müttəhimlərə qarşı hökmü prezident Recep Tayyip Erdoğan hökumətinin fərqli düşüncəyə qarşı hücumunun davamı kimi qiymətləndirirlər.

AİHM hələ 2019-cu ildə Osman Kavalanın dərhal azadlığa buraxılmasını tələb edən hökm vermişdi.

Reuters agentliyi bildirir ki, Türkiyə, Kavala işi ilə bağlı ona qarşı aparılan intizam prosedurunun nəticəsi olaraq Avropa Şurasından xaric edilə bilər.

Ötən il Türkiyənin Qərb müttəfiqi olan ölkələrin səfirlikləri Kavalanın azad olunmasına çağıran bəyanat vermişdilər.

Erdoğan bu bəyanatdan sonra 10-dək ölkənin səfirinin Türkiyədən qovulması ilə hədələmişdi.

Türkiyə prezidenti Gezi parkı etirazçılarını 2016-cı il çevriliş cəhdinə görə həbs olunanlarla bərabər tutur.

O bəyan edib ki, Qərb yəqin ki, öz ölkələrindəki “quldurları, qatilləri terrorçuları” azad etməzdi.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button