En son xeberler

Nüfuzlu jurnalist iPhone 14-də olacaq dəyişikliklər barəsində məlumat verib

    iPhone 14 smartfon seriyasının bu ilin sentyabr aynda təqdim ediləcəyi gözlənilir. Bloomberg saytının nüfuzlu jurnalisti Mark Gurman isə iPhone 14-də nə kimi yeniliklərin olacağı barəsində məlumat verib. Gurman-nın sözlərinə əsasən 2014-cü ildə iPhone 6-nın təqdim edilməsindən sonra Apple şirkəti smartfonların hardware tərəflərinin yenilənmələri üzrə 3 illik dövr prosesinə keçid etdi. Birinci ildə şirkət tamamilə yeni görünüşlü smartfon təqdim edir, ikinci ildə smartfonun dizaynını olduğu kimi saxlayaraq texniki özəllikləri yeniləyir, üçüncü ildə isə smartfonun dizaynında bəzi dəyişikliklər reallaşdırılır. Məsələn iPhone 12 2020-ci ildə bir qədər yeni dizayn texniki özəlliklər ilə təqdim olunmuşdu. iPhone 13-də isə dizayn dəyişikliyi baş vermədi. Buna görə də iPhone 14-də bəzi dəyişikliklərin olacağını gözləmək olar.

    Yeni iPhone modellərində yastı kənar hissələrin dairəvi formalı künclərin olduğu kimi qalacaqlarına baxmayaraq iPhone 14 Pro modellərinin ekranlarında yeni növ çıxıntı hissə reallaşdırılacaq. Bundan əlavə olaraq arxa kameraların əsas obyektivləri isə bir qədər daha böyük ölçüdə olacaqlar ki, onlara yeni kamera sensorlarını inteqrasiya etmək mümkün olsun. Beləliklə iPhone 14 Pro modellərinin ekranlarında iki ədəd çıxıntı hissədən istifadə ediləcək. Hər iki çıxıntı hissə ekranların üzərlərində yerləşdiriləcək. Çıxıntılardan biri oval formada olacaq özündə Face ID sistemini birləşdirəcək. İkinci çıxıntı isə dairəvi formada olacaq özündə ön kameranı birləşdirəcək. Bu cür dizayn Apple şirkətinin öz smartfonlarında lazımi kamera Face ID sistemlərini ekranın alt hissəsinə uğurlu şəkildə yerləşdirməyi bacarana kimi reallaşdırılacaq.

    Bundan əlavə olaraq ekran ölçülərində də dəyişiklik olacaq. Apple şirkətinin statistikası onu göstərib ki, Pro Max modelləri olduqca məşhur olduqları bir vaxtda mini modellər az sayda satılır. Nəticədə Apple bu il iPhone mini modelindən imtina edəcək onu iPhone Max ilə əvəzləyəcək. Ekran ölçülərinə gəldikdə isə iPhone 14 iPhone Pro modelləri 6.1 düym, iPhone 14 Max iPhone 14 Pro Max modelləri isə 6.7 düym ekran ilə təchiz olunacaqlar. Bununla belə güman edilir ki, iPhone 14 Max modeli iPhone 14 Pro Max-dan 200$ daha ucuz qiymətə satılacaq. Bu isə öz növbəsində iPhone 14 Max modelinin daha çox satılmasına şərait yaratmalıdır. Mövcud olan məlumatlara əsasən iPhone 14 Pro modellərinin fərqləndirici özəlliklərindən biri onların 48 MP-lik əsas kamera ilə təchiz olunacaqlarıdır. Bu halda adi iPhone 14 modellərində ənənəvi 12 MP-lik əsas kameradan istifadə ediləcək. Bununla yanaşı gözləntilərə əssən Pro modellər A16 Bionic prosessoru, adi iPhone 14 modelləri isə aktual olan A15 Bionic prosessoru ilə təchiz olunacaqlar.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button