En son xeberler

Google Glass əsaslı təkmilləşdirilmiş smart eynəklər görmə problemi yaşayan insanlara yardımçı olurlar

    Google şirkətinin Google Glass adlı eynəkləri kütləvi məhsul kimi böyük uğur qazanmasalar da, onlar bir çox digər sahələrdə istifadə üçün yararlı olublar. Məsələn Envision adlı startap Google Glass-ın korporativ versiyasını süni zəka texnologiyaları ilə birlikdə istifadə edərək görmə qabiliyyətində problemlər yaşayan insanların həyatlarını asanlaşdırır. Google Glass-a kiçik ölçülü kamera inteqrasiya edilib eynək həmin kamera vasitəsilə obyektləri, insanları, mətnləri insanı əhatə edən digər şeyləri analiz edir. Analiz prosesini bitirdikdən sonra isə eynək öz konstruksiyasına inteqrasiya edilmiş səsgücləndirici vasitəsilə istifadəçiyə analiz edilmiş obyektlərin vizual məlumatlarını təqdim edir.

    Envision startapının texnologiyası həmçinin istifadəçiyə kimin ya nəyin yaxınlaşdığını istifadəçinin olduğu hər hansı bir məkanda nələrin olduğunu söyləyə bilir. Sözügedən eynəyə sahib istifadəçilərdən biri ondan istifadə təcrübəsi barəsində məlumat verib. O bildirib ki, tanış olmayan məkanlarda istiqamətlənmə üzrə yardım lazım olan zaman o, eynəkdə olan videozəng funksiyası vasitəsilə öz dostları ailə üzvləri ilə əlaqə saxlaya bilir. Bu halda eynəyin kamerası vasitəsilə əldə edilən görüntü zəng edilmiş şəxslərə ötürülür. Lakin məsələ burasındadır ki, Envision startapı tərəfindən satılan təkmilləşdirilmiş Google Glass eynəyi startapın saytında 3268.91 avro qiymətində satılır. Lakin bəlkə də bu, görmə qabiliyyətində problemlər yaşayan şəxsin ətraf mühitdə istiqamətlənməsi hətta mətnləri oxuma bacarığını əldə etməsi üçün o qədər də yüksək bir qiymət göstəricisi deyil.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button