En son xeberler

Çin Yer kürəsi üçün təhlükəli asteroidlərin təyini və məhv edilmə sistemini yaradacaq

    Çin Yer kürəsini asteroidlərlə toqquşma təhlükəsindən qorumaq üçün yaxın illərdə xüsusi sistem hazırlamağı planlaşdırır. Bu barədə məlumatı Çin Milli Kosmik İdarəsinin (CNSA) rəhbəri Wu Yanhua verib. Onun sözlərinə əsasən CNSA Yer kürəsi üçün təhlükə mənbəyi olan asteoridlərin monitorinqi üçün nəzərdə tutulmuş sistemi 2025-2026-cı illərdə test etməyə çalışacaq. Həmin sistem öz növbəsində asteroidə zərbə endirmək imkanını təqdim edəcək. Zərbə nəticəsində isə bu ya digər asteroidin trayektoriyasının dəyişəcəyi güman edilir.

    Wu Yanhua-nın sözlərinə əsasən bu layihə çərçivəsində təhlükəli asteoridlərin monitorinqi onlar barəsində məlumatların verilməsi istiqamətində yerüstü kosmik sistemin yaradılması planlaşdırılır. Bundan əlavə olaraq çinli mütəxəssislər təhlükəli kosmik obyektlərlə toqquşmaların qarşısını alacaq texnologiyaların inkişaf etdirilməsi məqsədini də reallaşdıracaqlar. NASA-nın məlumatlarına əsasən Günəş sistemində təyin edilmiş 1.11 milyon ədəd asteroid mövcuddur. Lakin əslində onların sayları daha çoxdur.

    Asteroid ilə toqquşma ən ciddi təbii fəlakətlərdən biridir. Belə ki, asteroid ilə toqquşma nəticəsində olan məhvolma səviyyəsi istənilən digər fəlakət nəticəsində baş verən məhvolma səviyyəsindən daha yüksəkdir. Asteroid ilə toqquşma nəticəsində ola biləcək zərərin səviyyəsi bir sıra faktordan asılıdır. Həmin faktorlardan ən əsasları arasında isə asteroidin sahib olduğu ölçüdür. NASA mütəxəssislərinin fikirlərinə əsasən Yer kürəsi üçün real təhlükə mənbəyi kimi 140 metr ondan daha böyük ölçülərə sahib asteroidlər çıxış edirlər. Lakin buna baxmayaraq hətta kiçik ölçülü asteroidlər də ciddi problemlərə səbəb ola bilərlər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button