En son xeberler

Azərbaycan hərbiyə ÜDM-nin neçə faizini xərcləyir

Rusiya 2021-ci ildə hərbi xərcləri 2.9 faiz artıraraq 65.9 milyard dollar çatdırıb
2021-ci ildə dünyada hərbi xərclər 0.7 faiz artaraq 2 trilyon 113 milyard dollar çatıb. Hərbiyə ən çox pul ayıran ölkələr isə ABŞ, Çin, Hindistan, Böyük Britaniya Rusiya olub. Müvafiq qlobal xərclərin 62 faizi onların boynuna düşür. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) aprelin 25-də qlobal hərbi xərclərlə bağlı hesabatını açıqlayıb.
Dünyada hərbi xərclərin ötən il ümumilikdə artdığı bu tendensiyanın artıq yeddinci ildir ardıcıl davam etdiyi vurğulanır.
2021-ci ildə koronavirus pandemiyası fonunda kəskin iqtisadi dirçəliş nəticəsində qlobal hərbi yük, yəni, qlobal ümumdaxili məhsulda (ÜDM) qlobal xərclərin payı 0.1 faiz azalıb. 2020-ci ildə 2.3 faiz olan göstərici ötən il 2.2-yə düşüb.
Azərbaycan, Ermənistan, Rusiya
Azərbaycan dünyada hərbi xərcləri ÜDM-nin 4 faizindən yuxarı olan 10 ölkə sırasındadır. ÜDM-nin 5.3 faizinin orduya xərcləndiyi bildirilir.
Ermənistanda isə ÜDM-nin 4.4 faizi hərbiyə gedib.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Rusiya 2021-ci ildə hərbi xərcləri 2.9 faiz artıraraq 65.9 milyard dollar çatdırıb. Artıq üçüncü ildir Rusiyada xərclər artır ötən il ÜDM-də bu xərclərin payı 4.1 faiz olub.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.
Rusiyaya qarşı müdafiəsini gücləndirən Ukrayna isə 2014-cü ildə Krım vilayətini Moskva ilhaq edəndən bəri hərbi xərcləri 72 faiz artırıb. Ötən il orduya ayrılan pul 5.9 milyara dollara düşsə də, yenə də ÜDM-nin 3.2 faizi qədər olub.
İran, NATO üzvləri
İranda hərbi büdcə son dörd ildə ilk dəfə artaraq 24.6 milyard dollara çatdırılıb. İslam İnqilab Keşikçiləri Korpusuna ayrılan vəsait ötən il 2020-ci illə müqayisədə 14 faiz artıb, ümumi hərbi xərclərin 34 faizini təşkil edib.
NATO-nun səkkiz avropalı üzvü alyansın ümumi hədəfinə çatıb, ötən il ÜDM-nin 2 faizini, yaxud daha çoxunu silahlı qüvvələrə ayırıb.
Almaniya Mərkəzi Qərbi Avropada hərbi xərclərə görə üçüncü yerdədir, 2021-ci ildə orduya 56 milyard dollar xərcləyib. Yüksək inflyasiya səbəbindən hərbi xərclər 2020-ci illə müqayisədə 1.4 faiz azalıb.
ABŞ ötən il orduya 801 milyard, Çin 293 milyard dollar ayırıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button