En son xeberler

Bir həftə vaxtı qaldı… – 24 saat

Gözlənilən oldu. Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıtdıqdan sonra parlamentin iclasında Kremlin tezislərini təkrarlayıb. Onun dediklərinə keçməzdən əvvəl xatırladaq ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Əliyev-Paşinyan görüşündən əvvəl sonra erməni müxalifəti Paşinyana qarşı silsilə etiraz aksiyalarına başlamışdı. Qarabağdakı separatçılar da eyni tezislərlə çıxış edir, Baş nazirin qarşısında ultimativ tələblər qoyurdu. Kremlin tam təsirində olan, keçmiş siyasi elitanın rəhbərlik etdiyi bu qüvvələr Paşinyanı Qarabağı Azərbaycana təslim etməkdə ittiham edirdilər. Rusiya rəhbərliyi bu ərəfədə Brüssel görüşü barədə hər hansı açıqlama verməmişdi, amma dünən Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqını Rusiyanın 44 günlük müharibədən sonra irəli sürdüyü sülh təşəbbüslərini oğurlamaqda ittiham etmişdi. Göründüyü kimi, Kremlin erməni müxalifətinin, habelə Qarabağdakı separatçıların mövqeyi tam üst-üstə düşür.

Brüsseldə nə baş vermişdi? 

Aprelin 6-da keçirilən görüş 5 saat davam etmişdi razılaşdırılan məsələləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açıqlamışdı. Onun adından yayılan bəyanatda bildirilirdi ki, münaqişə tərəfləri aprelin 30-dək sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı ikitərəfli komissiyanın tərkibini elan etməyə, kommunikasiyaları açmağa xarici işlər nazirlikləri səviyyəsində sülh müqaviləsini hazırlamağa razılaşıblar. Ş.Mişel, daha sonra Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdilər ki, Nikol Paşinyan sülh sazişinin Bakının irəli sürdüyü 5 əsas baza prinsipləri əsasında hazırlanmasına razılaşıb. Görüşdən bir gün sonra – aprelin 7-də Paşinyan hökumətin iclasında bildirdi ki, Qərb tərəfdaşları Ermənistandan Qarabağın statusu ilə bağlı gözləntilərini aşağı salmağı xahiş edirlər. “Regionda güclü Türkiyənin müttəfiqi olan Azərbaycanın ərazi bütövlüyünü tanımamaq Ermənistan üçün təhlükəlidir”, – deyə Baş nazir vurğulamışdı.

Moskvada N.Paşinyan-V.Putin görüşündən sonra Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş bu razılaşmaların qorunub saxlanacağına ümidlər az idi. Bunun iki əsas səbəbi vardi:

Birincisi, Qarabağ münaqişəsinin həllində vasitəçilik institutu sıradan çıxıb bu məsələ Qərblə Rusiya arasında rəqabət mövzusuna çevrilib. Avropa İttifaqı Ukrayna ətrafında yaranmış vəziyyətdən istifadə edib münaqişənin həllində aktivləşməyə can atırdı. Brüsselin bu aktivliyi Moskvada kəskin reaksiya doğurmuşdu (Zaxarovanın açıqlamasını xatırlayaq – red.) Müharibədən sonra cənubi Qafqazda hərbi-siyasi imkanlarını daha da artıran Rusiyanın Qərbin regionda fəallaşmasına qarşı çıxması labüd idi.

İkincisi, bu məsələdə zəif bənd Ermənistan idi gözləndildiyi kimi, V.Putin “zərbəni” oradan endirdi. Daxildə Kremlin əlaltıları olan qüvvələr hərəkətə gətirildi, daha sonra Paşinyan Moskvaya çağırıldı ona “qulaqburması” verildi.

Rusiya rəhbəri açıq şəkildə bəyan etdi ki, Rusiya “Dağlıq Qarabağın” təhlükəsizliyini qoruyur 10 noyabr bəyanatı ilə bölgədə ona tanınan status heç bir halda dəyişdirilə bilməz. Bununla belə, Moskvanın moderatorluğu ilə sərhədlər kommunikasiyalarla bağlı addımlar atılmalıdır. Hazır resept isə 11 yanvar, 26 noyabr üçtərəfli bəyanatlarında nəzərdə tutulan üçtərəfli komissiyanın fəallaşdırılmasıdır. Yəni Brüsseldə razılaşdırılan ikitərəfli komissiyanın yaradılmasına lüzum yoxdur. Hər iki məsələnin icrası Moskvanın maraqları çərçivəsindədir. Əvvəla, Zəngəzurdan keçəcək dəmir yolu avtomagistralın Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olması nəzərdə tutulub. Sərhədlər isə sovet dövrünün xəritəsi əsasında müəyyənləşdirilməlidir. Bu məsələdə də Kremlin kifayət qədər manipulyasiya imkanları mövcuddur.

Paşinyan Moskvadan qayıtdıqdan sonra Brüssel görüşündə razılaşdırılmış bir neçə mühüm qərardan imtina etdi:

Birinci, sülh sazişinin imzalanmasını istisna etdi;

İkincisi, Qarabağın statusu ilə bağlı erməni müxalifətinin, separatçıların onların “ağsaqqalı” Rusiyanın mövqeyini təkrarladı: ““Artsax ilk növbədə orda yaşayan insanlardır. Əgər biz Artsaxı təhvil vermiş olsaydıq, 44 günlük müharibədən sonra artsaxlıların evlərinə qayıtmaları üçün milyardlarla dram xərcləməzdik. Mən bu barədə az-çox imzalanmaya yaxın hər hansı sənədin mövcudluğunu istisna, sadəcə olaraq, istisna edirəm”.

Üçüncüsü, danışıqlar prosesində artıq mövcud olmayan Minsk Qrupunun rolundan danışdı.

Baş nazir dedi ki, Moskvada regional kommunikasiyaların açılması məsələsində mühüm razılaşmalar əldə olunub: “Bu məsələdə Ermənistan Rusiya öz yanaşmalarını müəyyənləşdirdilər. Biz regional təhlükəsizlik sabitliklə bağlı məsələlərə xüsusi diqqət yetirdik. Ermənistan, Rusiya Azərbaycanın Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu tezliklə kommunikasiyaların açılması prosesinə başlamaq üçün lazımi sənədləri hazırlaya biləcək”.

Qeyd edək ki, Paşinyanın bu açıqlamaları 6 apreldə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə əldə olunan razılaşmaları kölgə altına salır. Çünki Avropa İttifaqının vasitəçiliyi ilə aprelin 30-dək ikitərəfli komissiyanın yaradılması xarici işlər nazirlikləri arasında sülh danışıqlarının başlanması barədə razılıq elan olunmuşdu. 

Onun növbəti şıltaqlığına Qərbin necə reaksiya verəcəyi məlum deyil, amma Azərbaycanın adekvat cavabı yəqin ki, özünü çox gözlətməyəcək. Ölkə başçısı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Bakının təklif etdiyi 3 prinsip əsasında sülh müqaviləsini imzalamağın Ermənistan üçün son şans olduğunu bəyan edib: “Hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Prezident Əliyev, sülh müqaviləsi imzalamaqdan imtina edəcəyi halda Ermənistanı nəyin gözlədiyini də xatırladıb: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması – bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, – əzməyə hazır olmalıyıq hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür heç vaxt bunu unutmamalıdır”.

Beləliklə, Azərbaycanın mövqeyi məlumdur. Rəsmi Bakı Rusiyanın istədiyi kimi status-kvonun saxlanmasını deyil, sülh müqaviləsinin imzalanmasını tələb edir. Çox güman, Azərbaycan üçün Moskvanın arbitr rolunda çıxış etdiyi üçtərəfli komissiyalar məsələsi arxada qalıb. Ermənistanın aprelin 30-dək vaxtı var. Əgər bu tarixə qədər İrəvan ikitərəfli komissiyaya öz nümayəndələrini təyin etməsə, İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacağını bəyan edə bilər. Bu isə münaqişənin yenidən hərbi fazaya keçməsi deməkdir.

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button