En son xeberler

Yeni 10 manatlıq gəlir – 24 saat

Azərbaycan Mərkəzi Bankı (AMB) 10 manatlıq pul nişanlarını yeniləyib.

Məlumata görə, “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanlarının mühafizə sistemləri dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya innovasiyalar tətbiq edilməklə yenilənib. Yeni pul nişanları iyunun 22-dən tədavülə buraxılacaq.

Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər s. tətbiq edilib.

Yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, onların AMB-nin keçmiş sədrinin imzası əks olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemlərinin avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması gedir. Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button