En son xeberler

Uçan məktəblər və yeni tikilənlər…

Aprelin 20-də Bərdə rayonu Mehdili kənd tam orta məktəbinin binasının bir hissəsinin uçduğu bildirilir. Yerli saytların məlumatına görə, hadisə dərs zamanı baş verib xoşbəxtlikdən xəsarət alan olmayıb. Mətbuatda yazılanlara görə, ötən ilin oktyabrında idman zalının bir hissəsi uçan bu məktəbdə elə az sonra təmir işləri aparılıb o, dərslərin keçirilməsi üçün təhvil verilib.

Habelə bildirilir ki, bu il martın 31-də Cəlilabad rayonunun Musalı kənd məktəbinin sinif kimi istifadə olunan dəhlizinin divar döşəməsinin bir hissəsi uçub. Elə həmin gün Azərbaycan Baş Prokurorluğu da açıqlama yaydı ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəbin divarı çöküb. Təmir işləri aparan üç nəfərin də öldüyü açıqlandı. Amma həmin vaxt məktəbdə tədris olmamışdı.

Yanvarın əvvəlində isə yerli saytlarda Ucar rayonu Təzə Şilyan kənd tam orta məktəbinin arxa otaqlardan birinin tavanın çökdüyü haqqında xəbərlər yayılmışdı.

Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə Təhsil Nazirliyi üzrə mərkəzləşdirilmiş alış, habelə xidmətlər, təmir digər tədbirlər üçün 537.5 milyon manat vəsait ayrılıb.

Təhsil Nazirliyindən də “24saat.org”a bildirilib ki, Azərbaycanın bütün şəhər rayonlarında tam yararlı olmayan məktəb binaları var: “Bu binaların sayı 900-ə yaxındır. Bu məktəblərin bəzilərinin əsaslı təmirə, bəzilərinin qəzalı olduğu üçün sökülüb-tikilməyə ehtiyacı var”.

Qeyd olunub ki, onlar bunun planlı şəkildə araşdırmasını aparırlar: “Bütün məktəblərin eyni ildə, eyni anda düzəldilməsi mümkün deyil, maliyyə yükü böyükdür. Bu, yalnız addım-addım ola bilər. Hər dörd məktəbdən üçü təhsilə yararlı vəziyyətdədir”.

Bildirilib ki, dövlət başçısının müvafiq sərəncamları tapşırıqları ilə Azərbaycanda hər il 100-ə qədər yeni məktəb istifadəyə verilir: “Heydər Əliyev Fondu tərəfindən də məktəblər tikilir”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, bu, çox ciddi bir problemdir: “Bir məktəbin bir il ərzində iki-üç dəfə dağılması onu göstərir ki, tikinti işləri ciddi qüsurlarla həyata keçirilir”.

Ekspert hesab edir ki, orta təhsil məktəblərində tikinti təmir işləri xüsusi nəzarətə götürülməlidir: “Çünki bu istiqamətdə ciddi şəkildə yeyintilərin olması ehtimal edilir. Burada çox ciddi şəkildə keyfiyyətsiz xidmətlərin göstərilməsi var”.

O xatırladıb ki, tikinti normaları var: “Məktəblər azyaşlı uşaqların məkanıdır hər bir məktəbin inzibati binası tikiləndən azı bu, 20-30 illik küləyə, yağışa bütün kənar müdaxilələrə davamlı olmalıdır. Fərq etmir bu tikinti ya təmirdir. İş keyfiyyətli olmalıdır”.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button