En son xeberler

Qırğızıstan ‘Z’ simvolunu qadağan edir

Qırğızıstan hökuməti bundan əvvəl 9 may günündə ənənəvi hərbi paradın keçirilməyəcəyini elan etmişdi

Qırğızıstan Rusiyanın Ukraynaya qarşı təcavüzünün rəmzinə çevrilmiş “Z” simvolundan 9 May şənliklərində istifadə olunmasını qadağan edib.

Ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsi aprelin 21-də bildirib ki, “Z” simvolundan istifadə ya onun nümayiş etdirilməsi “etnik nifrətin qızışdırılması” hesab olunacaq.

Rusiya ordusunun Ukraynaya müdaxilə edən hərbi texnikası “Z” hərfi ilə işarələnib.

Rusiya hərbi texnikasında “V” hərfindən də istifadə olunur, lakin Rusiyanın özündə ondan kənarda Ukraynaya qarşı təcavüzü dəstəkləyənlər arasında “Z” daha çox populyar olub.

Qırğızıstan hökuməti bundan əvvəl 9 may günündə ənənəvi hərbi paradın keçirilməyəcəyini elan etmişdi.

Kütləvi qadağanlar

Daha əvvəl isə Qırğızıstan şəhərlərində yol polisi avtomobillərdəki “Z” simvollarını sökür sürücüləri cərimələyirdi.

Bu həftənin əvvəllərində Moldova Litva Rusiyanın narınçı-qara zolaqlı müqəddəs Georgi lentini, habelə “Z” simvolunu qadağan edən qanunlar qəbul ediblər.

Estoniya isə Georgi lentini, “Z” “V” simvollarını qadağan edib.

Ötən həftə Ukrayna parlamenti də sözü gedən rəmz simvolların paltarlarda, ictimai yerlərdə sosial mediada nümayiş etdirilməsini yasaqlayan qanun qəbul edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button