En son xeberler

Oğurlanan 859 milyonun hesabını kim verəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin son iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatı müzakirə olunub. Toplantıda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə təşkilatlarındakı irimiqyaslı mənimsəmə faktlarından bəhs edib. Onun çıxışı ölkədə rezonans doğurub, mediada sosial şəbəkələrdə geniş müzakirə olunmağa başlayıb. 

V.Gülməmmədov deyib:

“869 milyon manatlıq vəsait aktivlərin tanınması üçün xərclənib. Bizim yoxlamalar zamanı isə məlum olub ki, həmin aktivlər tanınmayıb, sadəcə, pul silinib. Bununla bağlı təşkilatların, qurumların qarşısında şərt qoymuşuq ki, bu vəsait büdcəyə bərpa olunmalıdır. Çünki bu vəsait dövlət büdcəsindən ayrılıb ki, müəyyən iş həyata keçirilsin”.

Palata sədrinin dedikləri ölkədəki korrupsiyanın miqyasından xəbər verir, bununla belə, V.Gülməmmədov büdcə oğruları haqqında sərt təbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət etmək əvəzinə, onların qarşısına şərt qoyması diqqət çəkir. 

Palata sədrinin dediklərini Pressklub.az-a şərh edən iqtisadçı, iş adamı Nazim Bəydəmirli deyir ki, Hesablama Palatası büdcə yeyintilərinin aşağı-yuxarı 20 faizini tapıb ortaya çıxarır. “Real vəziyyət bundan 5 dəfə daha acınacaqlıdır. Ölkədə büdcə pullarının daha geniş miqyasda mənimsənilməsi faktdır”, – o vurğulayıb. 

İqtisadçı deyir ki, investisiya layihələri adı altında büdcədən böyük vəsaitlər götürülür, amma şəxsi məqsədlər üçün xərclənir: “Dövlət satınalmaları haqqında” qanun ancaq kağız üzərində mövcuddur. Həm kommunal xidmətləri həyata keçirən dövlət şirkətləri, həm də iri vergi ödəyiciləri – SOCAR, “Azərsu”, “Azərenerji”, “AZAL” s. başda olmaqla, əksər təsərrüfat hesablı qurumlar göstərdikləri xidmətin maya dəyərini şişirdib, gəlirlərini büdcəyə çatmalı olan pullarını mənimsəyirlər. İstənilən tenderi razılaşdırılmış şəkildə özlərinə yaxın şirkətlərə verib, “otkat” alırlar. Bu cür saysız-hesabsız faktlar dəfələrlə jurnalist araşdırmaları ilə üzə çıxarılıb sübut olunub”

N.Bəydəmirli hesab edir ki, Hesablama Palatası dişsiz qurumdur, ona rəhbərlik edən Milli Məclisin səlahiyyətləri də cüzidir: “Həm də bu səbəbdən parlament cəmiyyətdə inam-etibar sahibi deyil. Hesablama Palatası ildə bir-iki dəfə yoxlamalar aparır, belə xırda mənimsəmələri üzə çıxarır. Amma əslində, ölkədəki korrupsiya faktlarını ört-basdır edirlər. Hesablama Palatasına mənim də etibarım yoxdur. Çünki qanunla Palata ancaq Milli Məclisin sədri Prezidentin tapşırığı ilə yoxlamalar apara bilər. Onun səlahiyyəti məhduddur, məsələn, hansısa deputatın tələbi ilə şirkətlərdə, dövlət qurumlarında audit apara bilməz. Yəni Milli Məclisin deputatı bu qanunverici orqanın alt qurumuna hansısa şirkətin yoxlanması barədə tapşırıq verə bilməz. Bu baxımdan, bizim qanunvericiliyimiz də inkişaf etmiş ölkələrin qanunvericiliyindən fərqlənir. Hesablama Palatasının özünü yoxlamış olsalar, onun özündə də silinmələr, yeyintilər mövcuddur. Azərbaycanda büdcə pullarını mənimsəməyən qurum yoxdur”.  

Hüquqşünas Hafiz Həsənov da Pressklub.az-a şərhində bildirib ki, Hesablama Palatası sədrinin “2021-ci ildə 859 milyon manat silinib. Təşkilatların, qurumların qarşısında şərt qoyulub ki, bu vəsait büdcəyə bərpa olunmalıdır” açıqlaması hüquqa uyğun açıqlama deyil. “Bu açıqlamada yüz milyonlarla büdcə vəsaitinin mənimsənildiyi  bildirilir, lakin bu cür qanunsuzluğa yol verənlərin məsuliyyətindən danışılmır. Əslində, burada irimiqyaslı korrupsiya cinayətlərindən söhbət gedir burada məsuliyyət təkcə həmin vəsaitlərin qaytarılması ilə məhdudlaşmamalıdır. Burada kimliyindən tutduğu vəzifədən asılı olmayaraq, bu cinayətdə iştirak edən hər bir şəxs həmin vəsaitləri qaytarmalı cinayət məsuliyyətinə cəlb edilməlidir”, – hüquqşünas vurğulayıb. 

H.Həsənov deyir ki, Hesablama Palatası yoxlamaların nəticələri ilə bağlı cinayət əməllərinin araşdırılması üzrə materialları prokurorluq orqanına göndərməli idi prokurorluq bu materiallar əsasında cinayət işi başlamalı idi: “Hesab edirəm ki, indiki halda Hesablama Palatasının belə yanaşması hüquqi hesab edilə bilməz bu qurum qanunla üzərinə düşən vəzifələri tam olaraq yerinə yetirməyib. Bu cür hallar isə insanlarda belə bir rəyi möhkəmləndirir ki, əslində, hamı qanun qarşısında bərabər məsuliyyət daşımır. Bu isə Konstitusiya ilə təsbit olunan bərabərlik hüququnun pozulmasıdır. Digər tərəfdən, Prezident tərəfindən də dəfələrlə bildirilib ki, heç bir vəzifəli şəxs törətdiyi qanunsuzluğa görə məsuliyyətdən kənarda qalmayacaq”.

Turqut

The post Oğurlanan 859 milyonun hesabını kim verəcək? appeared first on 24 saat.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button