En son xeberler

Çavuşoğlu Türkiyənin Ukrayna siyasətini izah edib

Çavuşoğlu: Ankara martın 29-da İstanbulda keçirilmiş danışıqlardan sonra gözləmirdi ki, RusiyaUkrayna müharibəsi bu qədər uzana bilər
“Bəzi NATO ölkələri Ukraynada müharibənin uzanmasını istəyirlər ki, Rusiyanın daha çox zəifləməsinə nail olsunlar”.
Bunu CNN Türkə müsahibəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
Onun sözlərinə görə Ankara martın 29-da İstanbulda keçirilmiş danışıqlardan sonra gözləmirdi ki, RusiyaUkrayna müharibəsi bu qədər uzana bilər:
“Amma NATO xarici işlər nazirlərinin görüşündən sonra belə bir təsəvvür yarandı ki, NATO-da müharibənin uzanmasını istəyən üzvlər var. Yəni qoy müharibə davam etsin Rusiya zəifləsin”.
Çavuşoğlu habelə Vladimir Putin Volodimir Zelenski arasında görüşün mümkünlüyü barəsində suala da cavab verib.
O deyib ki, prezident Recep Tayyip Erdoğan hər iki ölkə başçısı ilə daimi əlaqədədir:
Prezident Erdoğan bu liderlərlə yaxın günlərdə bir də danışacaq. Mən bugün Lavrovla, dünən isə Kuleba ilə danışmışam”.

Razılaşmaya Buça İrpen mane oldu
Çavuşoğlu iddia edib ki, Zelenski Putin arasında görüş hələ də mümkündür:
“Prinsipcə, onların hər ikisi müvafiq şərait olanda bir yerə toplaşmaq barədə müsbət danışırlar”.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bundan əvvəl Kiyev yaxınlığındakı Buça qətliamına işarə ilə demişdi ki, dinc sakinlərin üzərinə hücumlar Moskva Kiyev arasında Ankaranın vasitəçiliyi ilə “uğurlu danışıqları” əngəlləyib.
Çavuşoğlu deyib:
“Tərəflər danışıqlarda hissolunacaq tərəqqiyə nail olmuşdular. Lakin Buça İrpendən görüntülər, Kramatorskda dinc sakinlərin hədəf edilməsi bizim səylərimizə kölgə salır”.
Erdoğan isə bildirib ki, Türkiyə həm tərəflər, həm də beynəlxalq birlik üçün məqbul razılaşmanın əldə olunması üçün səylərini davam etdirəcək.
Ankara Kiyevin qarantiya tələbini məqbul saymır
Lakin Çavuşoğlu CNN Türkə müsahibəsində bunu da deyib ki, Ankara Ukraynanın ona NATO Nizamnaməsinin 5-ci maddəsindəkinə bənzər təhlükəsizlik qarantiyasının verilməsi tələbi ilə razı deyil.
Türkiyə xarici işlər naziri izah edib ki, Kiyev əvvəlcə özünün təhlükəsizlik qarantiyası barədə ehtiyaclarını konkretləşdirməlidir:
“Bu qarantiyaların nədən ibarət olduğu bilinmədən heç bir qarantiyalar ola bilməz. Zelenski deyib ki, ona bu sənəddə NATO Nizamnaməsinin 5-ci maddəsinə oxşar qarantiya lazımdır. Bu təklifi heç bir ölkə qəbul etməyib. ABŞ, Britaniya Kanada da bunu məqbul saymırlar. Əlbəttə, Türkiyə də bunu məqbul saymır. Belə qarantiyalara qarşı heç kim çıxmır, amma şərtlər aydın deyil”.
NATO Nizamnaməsinin 5-ci maddəsi alyansın bir üzvü üzərinə hücumu onun bütün üzvləri üzərinə hücum kimi kvalifikasiya edir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button