En son xeberler

Whatsapp Business-ə aylıq ödənişli abunəlik vasitəsilə çalışacaq yeni funksiya əlavə ediləcək

    Whatsapp barəsində daimi şəkildə məlumatlar verən məşhur WABetaInfo saytı messencerin test versiyasının yeni screenshot fotosunu paylaşıb həmin foto Whatsapp-da istifadəyə veriləcək yeni funksiyanı sərgiləyir. İstifadəyə veriləcək yeni funksiya heç də hamı üçün aktiv olmayacaq ondan istifadə etmək üçün aylıq ödənişli abunəlik əldə etmək lazım gələcək. Beləliklə verilmiş məlumata əsasən Whatsapp tərtibatçıları messencerin Whatsapp Business versiyasındakı Linked Devices bölməsində yeni interfeys üzərində çalışırlar. Hələ bir neçə müddət bundan öncə Whatsapp istifadəçiləri üçün xüsusi funksiya istifadəyə verilmişdi həmin funksiya bir istifadəçi hesabını 4 müxtəlif cihazda istifadə etmək imkanını təqdim edir.

    Whatsapp Business üçün hazırlanan yeni funksiya isə 10 müxtəlif nömrəni bir istifadəçi hesabına bağlamaq imkanını verəcək. Bunun sayəsində müxtəlif təşkilatların əməkdaşları iş çatında müştərilər ilə operativ şəkildə ünsiyyət qura biləcəklər. Məlumatda qeyd edilib ki, aylıq ödənişli abunəlik sisteminin istifadəyə verilməsi öz növbəsində messencerin adi versiyasının funksionallığına təsir göstərməyəcək. Yeni funksiya ilk növbədə korporativ istifadəçilərə hədəflənib. Gözləntilərə əsasən aylıq ödənişli abunəliyə digər üstünlüklər də daxil olacaq. Lakin həmin üstünlüklər aylıq ödənişli abunəliyin hansı qiymətə başa gələcəyi barəsində məlumat verilməyib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button