En son xeberler

Rus imperiyasının sonu? – 24 saat

Mənbə: Wall Street Journal
Tərcümə: Novator

Putin üçün ən pis ssenari Ukraynada müharibənin tam hərbi məğlubiyyətlə başa çatması, həm Donbas, həm də Moldovada Rusiyayönlü separat rejimlərin aradan qalxması Ukraynanın Qərbə inteqrasiya etməsi olardı. Bu cür uğursuzluq Putini rüsvayçılıqdan da betər vəziyyətə sala, onun karyerasına son qoya bilər. Belə nəticə Moskvanın mövqeyinə nüfuzuna strateji psixoloji zərbə vurmaqla Rusiya tarixinin gedişini dəyişə bilər”. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Wall Street Journal” qəzetinin şərhçisi, politoloq, professor Uolter Rassel Midin qələmə aldığı “Rus imperiyasının sonu?” başlıqlı məqalədə belə deyilir.

Məqalədə bildirilir ki, başqa imperiyalar kimi Rusiya da bir gün tarix qarşısında cavab verməli olacaq: “1898-ci ildə amerikalılara məğlub olması İspaniyanın tarixində dönüş nöqtəsinə çevrildi. Kolumbun səyahətləri dövründən İspaniyada formalaşmış dünya miqyaslı imperiya bir anda yox oldu ispanlar monarxiyadan tutmuş kilsənin roluna qədər hər şeyə şübhə etməyə başladılar.

Böyük Britaniya Fransanın 1956-cı ildə Süveyş müharibəsində üzləşdiyi rüsvayçı uğursuzluq hər iki ölkəni ayıltdı, onlar başa düşdülər ki, artıq müstəqil dünya gücləri deyillər. Britaniya Fransanın imperiya şöhrəti sona yetdi iki keçmiş fövqəldövlət ağrıya-ağrıya, könülsüz də olsa, yeni şəraitə uyğunlaşmağa başladı.

Rusiyanın Ukraynada ciddi məğlubiyyəti Moskvaya Süveyş variantını yaşada bilər. Rusiya Ukraynanın ürəyini – qərb hissəsini zəbt edə bilməsə (Qərbi Ukrayna rusların tarixi mifologiyasında çox zəif yer tutur), neçə əsrdir əzab-əziyyətlə yaradılmış, Birinci Dünya müharibəsinin fəlakətlərindən sonra Lenin Stalinin əli ilə yenidən qurulmuş çarlar imperiyası həmişəlik süquta uğraya bilər. Bu isə digər keçmiş imperiyalar kimi Rusiyanın da ağlını başına gətirə bilər”.

Məqalədə vurğulanır ki, Romanovlar, kommunistlər, indi də Putin dövründə rus siyasi düşüncəsi üç inancın təsiri ilə formalaşıb: Rusiya fərqlidir, bu fərq metafizik əhəmiyyətə malikdir Rusiyaya dünya tarixində nadir bir rol verir: “Ukraynada məğlubiyyət bu ideyalara inamı kökündən sarsıda Rusiyanı gözlənməz siyasi nəticələrlə dolu kimlik böhranına sala bilər”.

Məqalədə Ukraynanın Moskva üçün çox vacib bir ölkə olduğu qeyd edilir: “Ukraynanı nəzarətdə saxlayanda Moskva özünü Avropanın ən böyük gücü hesab edir. Ukraynasız Sovet İttifaqı miqyasında fövqəldövlət qurmaq xəyalı məhvə məhkumdur.

Hələ Putin rejiminə legitimlik görüntüsü verən “Avrasiya” nəzəriyyəçilərinin radikal rus millətçilərinin düşüncəsinə görə, bundan da pisi ola bilər: pravoslav, slavyan demokratik Ukraynanın despot Rusiya üzərində qələbəsi təkcə Putinin legitimliyinə yox, bütövlükdə Rusiyanın istisnalığı ideyasına meydan oxuya despotizmin rus qəlbinə ən uyğun idarəetmə forması olması təssəvürünü darmadağın


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button