En son xeberler

Press Klubun əməkdaşı atəş altında – Xarkova raket zərbələri endirilib

Pressklub.az saytının xüsusi müxbiri Seymur Kazımov müharibənin davam etdiyi Ukraynanın Xarkov şəhərindədir.

Bir neçə dəqiqə öncə Rusiya qoşunları onların olduğu Xarkov şəhərinin tarixi Jukovski qəsəbəsini atəşə tutub. Hərbçilərin dediyinə görə, atəş zamanı qadağan edilmiş kasetli bombalardan istifadə edilib. İlkin məlumata görə, ərazidə ölən yaralananlar var, onların sayı dəqiqləşdirilir. Əməkdaşımız bütün Xarkov ərazisinin müxtəlif intensivliklə atəşə tutulduğunu xəbər verir.

Raketlərdən biri ərazidə olan avtomobilə dəyib. Nəticədə avtomobil yanaraq, tam yararsız vəziyyətə düşüb.

Pressklub.az-ın əməkdaşı yanan avtomobilin videosunu çəkməyə müvəffəq olub. Həmin kadrları nəzərinizə çatdırırıq:

 

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button