En son xeberler

Iskander raketləri ilə ‘bağlı’ institut yandı

Yanğın nəticəsində 6 nəfərin öldüyü, 27 nəfərin xəsarət aldığı xəbər verilir

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi kosmik-hava qüvvələrinin mərkəzi elmi-tədqiqat institutunda yanğın olub.

Yanğın nəticəsində 6 nəfərin öldüyü, 27 nəfərin xəsarət aldığı xəbər verilir.

Interfax agentlyinin verdiyi xəbərə görə institutun binası tamamilə yanıb damı uçub.

Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə alov sürətlə yayılıb 1500 kvadrat metrilik sahəni əhatə edib.

Interfax xəbər verir ki, yanğın institutun inzibati binasının 2-ci mərtəbəsində başlayıb.

Bu da xəbər verilir ki, binanın damı taxta, divarları isə plastiklə örtülmüşdü.

TASS yanğının elektrik xəttində qısa qapanmadan baş verdiyi ehtimalının olduğunu yazır.

Hərbçilər ETİ elmi heyətinin evakuasiya olunduğunu bildirirlər.

Rusiya Müdafiə Nazirliyi hərbi-kosmik qüvvələrin elmi-təqdqiqat institutu 2014-cü ildə yaradılıb.

“Skoro voyna” Telegram kanalı bildirir ki, bu müəssisə Iskander raketlərinin, zenit qurğularının Tu-160 strateji bombardmançı təyyarələri üçün “gözəgörünməzlik” sistemləri üzərində işləyir.

Sayt yazır ki, adamlar zəhərli qazlardan boğulmamaq üçün özlərini binanın pəncərələrindən atırdılar.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button