En son xeberler

İranda 30 müəllimin saxlandığı deyilir

Son aylar İranda müəllimlər dəfələrlə aksiyalara çıxaraq iş şəraitlərinə, maaşlarının azlığına etiraz ediblər

İranın bir sıra şəhərlərində, o cümlədən paytaxt Tehranda müəllimlər ədalətli maaş, daha yaxşı iş şəraiti, həbsdə olan həmkarlarının buraxılması tələbiylə etiraza çıxıblar.

Aprelin 21-də etirazların sərt təhlükəsizlik tədbirləri şəraitində keçirildiyi xəbər verilir. İnternetdə yayılan həvəskar videolarda Şirazda etirazçıların “Həbsdəki müəllimlər buraxılmalıdır” şüarı səsləndirdiyi görünür.

İranda Müəllimlərin Həmkarlar Birliklərinin Koordinasiya Şurası Telegram-da yazıb ki, 21 aprel etirazlarında azı 30 etirazçı saxlanıb.

Fəal 5 il həbsə məhkum edilib

Son aylar İranda müəllimlər dəfələrlə aksiyalara çıxaraq iş şəraitlərinə, maaşlarının azlığına etiraz ediblər. Onlar hökuməti islahatları sürətləndirməyə çağırıblar. Müəllimlər maaşlarının təcrübə perfomanslarına daha çox uyğun olmasını istəyirlər.

Aprelin 19-da İranda məhkəmə müəllimlərin həmkarlar birliyinin üzvü fəal Rəsul Budağini beş il həbsə məhkum edib. O, qanunsuz toplaşma propaqandada təqsirli bilinib. Budağinin iki il ərzində Tehranda yaşaması, yaxud ölkəni tərk etməsi də yasaqlanıb.

Nyu Yorkda yerləşən İranda İnsan Haqları Mərkəzi Budağinin yalnız “dinc aktivizmi”nə görə məhkum olunduğunu bildirib.

Qurum İranı müəllimlərə zorakılıq qanunsuz həbs olmadan ictimai etiraz hüquqlarından istifadəsinə icazə verməyə çağırıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button