En son xeberler

iPhone 14 Pro modelləri təkmilləşdirilmiş Lightning girişi ilə təchiz oluna bilərlər

    Nizamlayıcı orqanların daimi cəhdlərinə baxmayaraq Apple şirkəti iPhone modellərinin şarj girişlərini USB Type-C-yə dəyişməyə tələsmir. İnsayderlərin verdikləri məlumata əsasən iPhone 14 smartfon seriyası da bu məsələdə istisna olmayacaq. Lakin iPhone 14 ilə bağlı bəzi nüanslar var. Verilmiş məlumata əsasən Apple bu il təqdim olunacaq yeni iPhone modellərinin konstruksiyalarında ciddi dəyişikliklər reallaşdırmayacaq. Beləliklə iPhone 14 seriyasının bütün modelləri Lightning girişinə sahib olacaqlar. Buna baxmayaraq insayderlər bildiriblər ki, bəzi dəyişikliklər baş verəcək. Gözləntilərə əsasən şirkət bu ilki yeni iPhone modellərində USB 3.0 standartlı girişi reallaşdıracaq.

    Bunun sayəsində yeni iPhone-ların Lightning girişlərinin ötürmə qabiliyyətləri saniyədə 5 Gbit-ə yüksələcək. Qeyd etmək lazımdır ki, aktual iPhone modellərində USB 2.0 standartlı girişdən istifadə edilir onun ötürmə qabiliyyəti saniyədə 480 MB təşkil edir. Məlumatda qeyd edilib ki, USB 3.0 standartlı Lightning girişini yalnız iPhone 14 Pro modelləri əldə edəcəklər. iPhone 14 iPhone 14 Max modellərində isə USB 2.0 standartlı Lightning girişi olduğu kimi qalacaq. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Apple yaxın zamanda Lightning-dən imtina etmək niyyətində deyil. Belə ki, şirkət Lightning giriş üçün lisenziya edilən aksesuarlar üzərindən əlavə gəlir əldə edir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button