En son xeberler

ABŞ-dan Ukraynaya daha bir 800 milyon, Rusiya gəmilərinə qadağan

ABŞ prezidenti Co Bayden bir daha bəyan edib ki, Putin Ukraynanı işğal edə bilməyəcək

ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar Rusiya qüvvələrinin Donbasdakı hücumundan müdafiə oluna bilməsi üçün Ukraynaya 800 milyon dollarlıq daha bir hərbi yardım paketi ayırıb.

Bayden bildirib ki, silahlar “birbaşa cəbhə xəttində azadlığı müdafiə edən igid ukraynalılara” çatdırılacaq.

Aprelin 21-də Ağ Evdə danışan Bayden deyib ki, “onlar bu müharibənin növbəti fazasına keçirlər biz indi kritik zaman çərçivəsindəyik”.

ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatlar onun müttəfiqləri Ukraynanı onun ehtiyacı olan hərbi avadanlıq silahlarla təchiz etmək üçün “mümkün olduğu qədər çevik” hərəkət edəcəklər.

Yeni yardım paketi Ukraynaya növbəti həftələr ərzində silahların aramsız olaraq axınını təmin etməlidir.

Bu yardıma artilleriya, haubitsa topları, 144 min sursat taktiki dronlar daxildir.

Yeni milyardlar

ABŞ ötən həftə də Ukrayna üçün 800 milyon dollarlıq hərbi yardım paketi elan etmişdi.

Bu da xəbər verilir ki, ABŞ Ukrayna qüvvələri ilə kəşfiyyat mıəlumatının paylaşılmasını dünya boyunca başqa müttəfiq partnyorlardan gələn silahların çatdırılmasının koordinasiyasını davam etdirəcək.

Bayden sözü gedən iki paketə əlavə olaraq Ukraynaya 500 milyon dollarlıq birbaşa iqtisadi yardım paketini də elan edib.

Prezident əlavə edib ki, gələn həftə Konqresdən Ukrayna üçün milyardlarla dollarlıq yeni yardımların təsdiqlənməsini xahiş edəcək, çünki ötən ay Konqresdən keçmiş 13.6 milyard dollarlıq vəsait artıq tükənmək üzrədir.

Putin Ukraynada qalib gələ bilməyəcək”

Bayden bir daha bəyan edib ki, Putin Ukraynanı işğal edə bilməyəcək. O ABŞ müttəfiqləri arasındakı birliyin möhkəm olduğunu vurğulayıb:

“Bizim ölkə daxilində, habelə müttəfiq partnyorlarımızla, o cümlədən Ukrayna xalqı ilə birliyimiz Putinə birmənalı mesajdır – O heç vaxt Ukraynanı ram işğal edə bilməyəcək. Bu, baş verməyəcək”.

Bayden deyib ki, Putinin iddialarına baxmayaraq Ukraynanın cənubundakı Mariupol şəhərinin tam süqut etdiyini göstərən sübutlar yoxdur.

O Rusiyanı Mariupoldakı dinc sakinlərə şəhərdən çıxmaları üçün təhlükəsiz dəhliz verməyə çağırıb.

Co Bayden habelə Rusiya bayrağı altında üzən bütün gəmilərin ABŞ limanlarına girişini qadağan edib.

Ötən il Rusiya gəmiləri Amerika portlarına 1800 dəfə daxil olmuşdu.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button