En son xeberler

Ukraynaya hücum “faciəvi səhv”dir – Putinin ətrafında fikir formalaşır

Hərbi itkilərin artmaqda davam etməsi səbəbindən Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı onun Ukraynaya hücum planını şübhə altına alıb.

Prezidentin özü isə əmindir ki, rusiyalılar onun “milli böyüklük birlik” baxışı naminə qurbanlar verməyə hazırdırlar.

V.Putinin yaxın ətrafındakı şəxslərin bəziləri isə Ukraynaya qarşı müharibə planını ölkəni uzun illər geri salacaq “faciəvi səhv” adlandırırlar.

Qeyd olunur ki, Rusiya lideri getdikcə daralan kompromisə getməyən müşavirlər dairəsinə arxalanır başqalarının onu zərərli iqtisadi siyasi xərclər barədə xəbərdar etmək cəhdlərini rədd edir.

Vladimir Putinin Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlamaq qərarını kiminlə birgə verdiyi də dəqiq bilinmir. Bəzi məlumatlara görə, qərar Müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə birgə verilib.

“Bloomberg” agentliyi bildirir ki, işğalın başlanmasından sonrakı həftələr ərzində Putinin müşavirləri təmas dairəsi daha da daralıb. İndi onunla görüşə əvvəllər müntəzəm olaraq məsləhətləşdiyi sərt xətt tərəfdarlarının məhdud qrupu buraxılır.

Məlumatda deyilir ki, məhdud informasiya Kremlin Ukrayna müdaxiləsi ilə bağlı səhv hesablamalarına səbəb olub. Putin Ukrayna qoşunlarının gücü, eləcə də sürətli hərbi irəliləyiş imkanlarını düzgün qiymətləndirməyib. Eləcə də, Rusiya Prezidentinin zəif hesab etdiyi ukraynalı həmkarı da özünü fərqli formada göstər bilib.

“Hərbi uğursuzluqlara sanksiyaların səbəb olduğu iqtisadi çətinliklərə mövcuddur. Putin ambisiyalarını Ukraynanın sürətli, genişmiqyaslı ələ keçirilməsindən Donbas bölgəsi üzərində gərgin döyüşə qədər azaltmalı olub. Buna baxmayaraq, o, ölkənin şərqində üzücü gərgin müharibəni davam etdirmək əzmindədir”, – nəşr qeyd edib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button