En son xeberler

Türk iş adamı Ziya Məmmədovun nəvəsi üçün xüsusi maşın yığdı

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov oğlu Ziya üçün xüsusi maşın yığdırıb.

Pressklub.az xəbər verir ki, bunu əks etdirən görüntüləri tanınmiş türk iş adamı Erbakan Malkoç instaqramda paylaşıb.

E. Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib.

Qeyd edək ki, E. Malkoç “Mercedes Viano” markalı maşınları xüsusi şəkildə sifarişlə yığıb satan böyük firmanın rəhbəridir. Onun sifarişlərinə daha çox ərəb şeyxləri, milyarderlər maraq göstərirlər.

A. Məmmədov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir.

Məsələ ilə bağlı “Qaynarinfo”ya açıqlama verən Ziya Məmmədov jurnalistləri boş-boş işlərlə məşğul olmaqda günahlandırıb: “Nə boş-boş işlərlə məşğulsunuz? Sizin işiniz-gücünüz yoxdur? Dünya doludur maşınla”.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button