En son xeberler

Putin düşmənləri ‘tayı-bərabəri olmayan’ raketlə qorxudur

Rəsmi adı RS-28 Sarmat olan bu raket NATO-nun təsnifatında SS-X-29 ya SS-X-30 adlandırılır, Qərbdə jarqon dilində Satan II kimi tanınır
Rusiya aprelin 20-də Sarmat qitələrarası ballistik nüvə raketini sınaqdan çıxarıb.
Rusiya prezidenti Vladimir Putin deyib ki, ölkənin nüvə cəbbəxanasına əlavə olunan bu raket Moskvanın düşmənlərinə fikirləşmək üçün mövzu verəcək.
Reuters yazır ki, Rusiya dövlət telekanallarında yayımlanan süjetdə ölkənin hərbi rəhbərliyi Putinə raketin Rusiyanın şimal-qərbindəki Plesetsk bazasından atıldığı Uzaq Şərqdə Kamçatka yaxınlığındakı şərti hədəfi vurduğu barədə məruzə edib.
Putin bir daha xatırladıb ki, bu raketin bütün dünyada analoqu yoxdur:
“Yeni kompleksin ən yüksək taktiki texniki xarakteristikaları var o bütün müasir raket hücumundan müdafiə sistemlərinə üstün gəlməyə qabildir. Onun bütün dünyada analoqu yoxdur qarşısdan gələn uzun müddətdə olmayacaq”.

Sürpriz olmasa da
Putin əlavə edib ki, bu unikal silah Rusiya silahlı qüvvələrinin potensialını gücləndirəcək:
“Raket Rusiyaya xarici təhlükəsizlik hədələrindən etibarlı müdafiə verəcək aqressiv ritorikada ölkəmizi hədələyənləri düşünməyə vadar edəcək”.
ABŞ Konqresi Tədqiqat Mərkəzinin məlumatına görə Sarmat yeni ağır qitələrarası ballistik raketdir Rusiya hər raketə 10 daha çox nüvə başlığı yerləşdirməyi planlaşdırır.
Reuters yazır ki, bu raket uzun illərdir tikilməkdəydi bu mənada Qərb üçün sürpriz olmayıb, lakin Putinin bəyanatı Rusiyanın Ukrayanaya təcavüzü ilə bağlı yaranmış gərgin geosiyasi şəraitə təsadüf edir.
Rəsmi adı RS-28 Sarmat olan bu raket NATO-nun təsnifatında SS-X-29 ya SS-X-30 adlandırılır, Qərbdə jarqon dilində Satan II kimi tanınır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button