En son xeberler

Çörək yenə bahalaşacaq? – VİDEO

Alternativ bazar əlavə xərc deməkdir. Bu məsələdə logistik xərcləri xüsusi qeyd etmək olar. Bütün bunların çörək ununun qiymətinin bahalaşmasına səbəb olma ehtimalı hər kəsi düşündürür.

İTV-də yayımlanan “Diqqət mərkəzi” verilişində qonaq olan Ağrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bu sualı cavablandırıb.

Onun sözlərinə görə, bahalaşma prosesi bütün dünyada başlayıb: “Azərbaycanda bu günə qədər bahalaşmanın bir mərhələsini geridə qoymuşuq. 350 dollar civarında buğda istehlakından olan qiymət səviyyəsinə görə qiymətlərdə artım getdi. Bu, təbii bir prosesdir.

Bu gün Qazaxıstan bəzi zavodlara sosial çörək kompensasiyası verir. Rusiya da dünyanın bir nömrəli ixracatçısı olmasına baxmayaraq bu ölkədə də çörəyin qiymətində artım templəri olub. Ona görə bu məsələ dünya bazarına bağlı olan məsələdir.

Azərbaycan dövləti ölkə vətəndaşın ərzaq ehtiyacını təmin etmək üçün əlavə xərclər çəkib bundan sonra da bunu həyata keçirəcək”.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button