En son xeberler

‘Z’ simvolu – yeni svastika? Qadağan edənlər və dəstəkləyənlər

Moldova Litva “Z” simvolunu Georgi lentini qadağan edib

Moldova prezidenti Mayya SanduRusiya vətənpərvərliyini Ukraynaya qarşı təcavüzü” simvolizə edən qara-narıncı müqəddəs Georgi lentini qadağan edən qanunu imzalayıb.

Yeni qanun habelə Moskvanın Ukraynaya səbəbsiz əsassız hücumunun simvoluna çevrilmiş “Z” “V” rəmzlərini də qadağan edir.

Rusiya Ukraynaya müdaxilə edən tanklarını başqa hərbi texnikasını bu hərflərlə işarələyib.

Sandunun aprelin 19-da imzaladığı qanun bu simvolları üstündə gəzdirən nümayiş etdirən şəxslərin 900 ley (49 dollar) cərimə olunmasını nəzərdə tutur.

Moldova parlamenti sözü gedən qanunu ötən həftə qəbul etmişdi.

Putinin dostu Dodon

Moldovanın keçmiş putinpərəst prezidenti İqor Dodon bu qanunu tənqid edərək deyib ki,prezident yoxsulluqla mübarizə aparmaqdanda, simvollarla mübarizə aparır”.

Dodon habelə mayın 9-da Qələbə yürüşü təşkil edəcəyini bildirib.

9 may Rusiyada bir sıra başqa keçmiş sovet respublikalarında faşizm üzərində qələbə günü kimi qeyd edilir.

Lakin son illərdə Putin Rusiyası bu bayramdan Ukraynaya qarşı təcavüzünə, Krımın ilhaqına Ukrayna separatçılarına dəstəyinə haqq qazandıran təbliğat kimi istifadə edir.

Ötən ay prezident Sandu Moldovanın Avropa İttifaqına üzvlüyü üçün rəsmi müraciəti imzalayıb.

Sürətlə Aİ üzvlüyünə

Avropa rəsmiləri bildirirlər ki, Rusiyanın Ukraynaya müdaxiləsinə görə onun, habelə Moldova Gürcüstanın Aİ üzvlüyü prosesi sürətləndirilməlidir.

Litva Seymi də aprelin 19-da “Z” “V” rəmzlərini, habelə müqəddəs Georgi lentini qadağan edən qanun qəbul edib.

Bu qanun sözü gedən rəmzləri geyimlərdə, avtomobillərdə hər hansı başqa şəkildə nümayiş etdirənlərin 300-700 avro civarında cərimələnməsini nəzərdə tutur. Hüquqi şəxslər üçün isə cərimənin məbləği 1200 avroya çata bilər.

Qanunun təkrar pozulmasına görə cərimələr müvafiq olaraq fiziki şəxslər üçün 500-900 avro hüquqi şəxslər üçün 800-1500 avrodur.

Ötən həftə Ukrayna millət vəkilləri də buna bənzər qanun qəbul ediblər.

Kilsə həm dəstəkləmir, həm də dəstəkləyir

Bu arada Rus Pravoslav Kilsəsi (RPK) Kurqan vilayətində Pasxa kuliçlərinin ya şirin çörəklərinin “Z” simvolu ilə bəzədilməsini şərh edib.

Kilsənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vaxtanq Kipşidze deyib ki, Pasxa üçün Xristianlığın öz simvolu tamamilə yetərlidir:

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button