En son xeberler

‘Kontakt’ autizmli şəxslərin inkişafına dəstək üçün xeyriyyə yarmarkası başladıb – FOTOLAR

    “Kontakt” mağazalar şəbəkəsi autizmli şəxslərin inkişafına dəstək olmaq məqsədilə Ukrayna Dairəsi mağazasında təqdirəlayiq xeyriyyə yarmarkası tədbir proqramı təşkil edib.

    Yaxın günlərdə açılışı baş tutan yarmarkada autizmli şəxslərin onların valideynləri tərəfindən hazırlanmış bir-birindən fərqli, rəngarəng əl işləri rəsm əsərləri zövqlə sərgilənərək ziyarətçilərin böyük marağına səbəb olub. 

    Autizmli şəxslərdən ibarət “Mavi ürəklər” xorunun istedadlı musiqili çıxışları isə öz növbəsində tədbirin axarına xüsusi rəng qatıb. 

    “Birgə Sağlam” İctimai Birliyinin dəstəyi ilə baş tutan gecədə “Kontakt” ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova “Birgə Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova söz alaraq layihənin cəmiyyət üçün önəminə diqqət çəkiblər. Həmçinin, autizmli şəxslərin cəmiyyətə adaptasiya olmasını dəstəkləmək üçün bu kimi layihələrin nə qədər önəmli olduğunu vurğulayıblar. 

    Tədbirin davamında günün anlam önəmini əks etdirən “puzzle” parçaları birləşdirilib. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsinin Autizm Günü ərəfəsində ictimaiyyətə təqdim etdiyi sosial videoçarx izlənilib. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button