En son xeberler

İşsizliyə görə sığorta almaq asanlaşırmı…

Bugünlər Nazirlər Kabineti “Sığorta ödənişinin verilməsi Qaydası”na dəyişiklik edib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, müddətli əmək müqaviləsinin vaxtının bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj 35 aydan 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əməkqabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib.

Bu dəyişikliklər işsiz insanların sığorta almaq imkanını nə dərəcədə artırır?

İşsizlikdən Sığorta Fondunun 2022-ci ildə büdcəsinin gəlirləri 180 milyon 375 min 536 manat, xərcləri isə 180 milyon 375 min 536 manat təsdiq edilib.

Dövlət Məşğulluq Agentliyindən “24saat.org”a bildirilib ki, dəyişiklikdən sonra işsizlikdən sığorta pulu almaq istəyən vətəndaşların işi daha da asanlaşıb: “Vətəndaş əvvəllər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edən zaman onun işsiz kimi qeydiyyata alındığı tarixdən əvvəlki 12 24 ay sığorta stajına baxılırdı ki, vətəndaş həmin müddət ərzində tam olaraq işləyibmi. Yeni qaydaya əsasən, vətəndaşın əmək müqaviləsinə hansı tarixdən xitam verilibsə, ondan əvvəlki 12 24 ay sığorta stajına baxılacaq sığorta ödənişinin təyin olunması prosesi həyata keçiriləcək”.

Qurumdan qeyd olunub ki, əvvəlki qaydaya əsasən, işsizlərə işsizlikdən sığorta pulu onun işsiz olması tarixdən deyil, işsiz kimi qeydiyyata alınmasından sonra verilirdi: “Bu da işsizin bir neçə ayın pulunu itirməsi demək idi. Yeni tətbiq ediləcək qayda isə vətəndaşın xeyrinə olacaq”.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə “24saat.org”a deyilib ki, işsizlikdən sığorta ödənişi üç halda ödənilir: “İşəgötürən ləğv edildikdə, ştat ixtisar olunduqda, müddətli əmək müqaviləsinin müddəti bitdikdə”.

Qurumun məlumatına görə, 2021-ci ildə 3.7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda ən böyük problemlərdən biri işsizliyin qeydiyyatıdır. Onun fikrincə, işsizliyin qeydiyyatı ilə bağlı prosedur qaydalar daha da asanlaşmalı avtomatlaşdırılmalıdır: “1 milyon 700 min muzdla çalışanlar elektron qaydada qeydiyyatdan keçib həmin şəxslərin əmək müqaviləsi bütün qurumlarda avtomatik olaraq görünür. Belə olan halda əmək müqaviləsi bitibsə başqa əmək müqaviləsi bağlanmayıbsa, bu şəxs avtomatik olaraq işsiz kimi qeydiyyata alınmalıdır. Burada ayrıca bir müraciətə ehtiyac yoxdur”.

İqtisadçı hesab edir ki, ən böyük problem əmək müqaviləsi olmayan şəxslərdədir: “Bizdə rəsmi rəqəmlərdə 1 milyon 600 min nəfərə yaxın şəxs fermer kimi görünür. Yəni, torpaq sahəsi olan həmin pay torpağından gəlir götürdü-götürmədi, fərq etməz, həmin şəxs fermer kimi görünür işsiz kimi qeydiyyata düşə bilməz. Amma adına torpaq sahəsi olması qazanc etməsi anlamına gəlmir”.

N.Cəfərli xatırladır ki, şəxsin adına VÖEN varsa, həmin şəxs də işsiz sayılmır: “Amma şəxsin adına VÖEN-in olması onun gəlir əldə etməsi demək deyil”.

İqtisadçının sözlərinə görə, həmin texniki problemlər həll edilməlidir ki, işsizliklə bağlı daha dəqiq statistik rəqəmlər ortaya çıxsın sığortanın alınması da buna uyğunlaşdırılsın.

2022-ci il fevralın 1-i vəziyyətinə olan rəsmi məlumata əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfərdir. Onlardan 4 milyon 988.5 min nəfərin məşğul əhali, 315.8 min nəfərin (6 faiz) də işsiz olduğu bildirilib. Dövlət Statistika Komitəsinin bu il martın 1-nə olan məlumatına görə isə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3.6 min nəfər ya 0.2 faiz artaraq 1 milyon 682.1 min nəfər olub.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button