En son xeberler

Günün qoroskopu: Maliyyə çətinlikləri istisna deyil

24saat dünyanın nüfuzlu məşhur ulduz falları portalları “Horoscope” “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç – tənbəllik süstlüyə qapılmayın. Yalnız diqqətlə, qətiyyətlə çalışmaqla uğura nail ola bilərsiniz. İşləri yarımçıq qoymayın. Lazım gələrsə, nəzərdə tutduğunuz vaxtdan artıq çalışın. İşdə rəhbərliyin səsləndirdiyi tələblər yüksək çətindir. Narazılıq etməyin, tapşırıqları yerinə yetirin.

İşgüzar danışıqlarda sərrast konkret olun.

Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə süni maneələr yaratmayın. Bir çox problemlərin həlli üzdədir. Yaxınlarınızın sizə dediklərində ikinci məna yoxdur. Hansısa yeniliyi əxz etmək şansını əldən verməyin. Faydalı maraqlı məşğuliyyət tapa bilərsiniz.

Buğa – ətrafınızdakı insanların qayğıları problemlərindən hali olun. Ünsiyyət kasadlığının yaşanmayacağı gündür. Təmaslar həddən artıq olduğundan tək, tənha qalmaq şansınız yoxdur. Axmaq adamların hərcai sözləri sizi yoracaq.

Günün ikinci yarısında gəlir, hədiyyə uğurlu alış-veriş ola bilər.

Sevdiyiniz insana sürpriz edin, diqqətli davranın. Axşam saatlarında imiclə eksperimentlər aparmaq, yeni obraz aramaq olar.

Əkizlər – peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail ola bilərsiniz. Fikir mübadiləsi, yeni planların hazırlanması, müzakirələr üçün yaxşı gündür. Nüfuzlu insandan dəstək ala bilərsiniz. Bu isə yeni ideyaları reallaşdırmaqla maliyyə durumunuzu əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verəcək.

Məntiqli riskə hazır olun. Qətiyyətlə davransanız, yaxşı gəlir əldə edəcəksiniz.

Günün ikinci yarısında yaşamınızda yeni mərhələ başlayacaq. Şəxsi münasibətlərdə dəyişikliklər olacaq. Bu gün başlanacaq tanışlıq sonradan romantik təmasa çevrilə bilər.

Xərçəng – bir qədər əvvəl başladığınız işləri başa çatdırın. Təkbaşına müstəqil fəaliyyətlə uğura daha tez nail ola bilərsiniz. Çoxları dəstək vəd etsələr də, gözlədiyiniz köməyi ala bilməyəcəksiniz. Problemlərin həllində qeyri-standart olun. Bilik, bacarıq təcrübənizi artıra bilərsiniz.

Günün ikinci yarısında danışıqlar apardığınız insanla təmaslarda diqqətli olun. Ciddi münasibətlərin təşəkkülü üçün əlverişli gün deyil.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir – diqqətli, sərvaxt olun. Gün ərzində yaranacaq problemlər görüləsi işlər diqqətli yanaşma tələb edir. İstənilən detalı ya xırdalığı nəzarətdə saxlayın. İşdə həmkarlarla fikir ayrılığı istsina deyil. Sınanmış tərəfdaş ya müttəfiqlə belə, dil tapmaq çətinləşəcək. Mövqeyinizi sonadək müdafiə edin, əsla geri çəkilməyin. Sərt danışmayın, aqressiv olmayın. Əks halda davranışınıza görə sonradan peşman ola bilərsiniz.

Günün ikinci yarısında işgüzar aktivliyi bir qədər azaldın. Axşam saatlarında xoş ortamda normal istirahət edin. Mühüm olan nəsnəni unutmayın. Sabah görəcəyiniz işlərin siyahısını tutun.

Qız – asan, rahat, xoş bir gün olacaq. İstənilən çətin işin, ağır problemin öhdəsindən gələ bilərsiniz. Ünsiyyətdə ən çətin insanlarla belə təmaslar qurmağa can atın. İrimiqyaslı anlaşma ya sazişə nail olmaq, müqavilə imzalamaq, önəmli sənədləri müzakirə etmək olar. Peşəkar fəaliyyət müstəvisində gələcəyinizin asılı olduğu insanlarla danışıqlarda həssas davranın.

Günün ikinci yarısında faydalı tanışlığa nail ola bilərsiniz. Dəvət aldığınız tədbirə qatılın. Sizi maraqlı insanlarla görüşlər gözləyir. Bu gün başlayacaq münasibətlər işgüzar səciyyəlidir. Konkret müzakirələri romantik məcraya yönəltməyin.

Tərəzi – genişmiqyaslı layihəyə ya yeni işə başlamaq üçün yaxşı gündür. İşi sonuclamaq üçün tanışlar, dostlar tərəfdaşlarla birlikdə çalışmağa ehtiyac var. Liderlik məziyyətləriniz təşkilatçılıq bacarıqlarınızı nümayiş etdirin. Gəlirlərin artırılmasına, vəzifənizin böyüdülməsinə layiq olduğunuzu göstərin.

Karyeranıza təsir imkanlarına malik olan insanlar bunu mütləq görəcəklər. Yeni təmaslar münasibətlər yaşamınızda ciddi dəyişikliklər edə bilər. İntuisiyanız, duyumunuz kəskin olsun. İşlərinizdə şəxsi münasibətlərdə ciddi səhvlərə yol verməməyə, yanlış qərarlar qəbul etməməyə çalışın.
 

Əqrəb – yeni işə ya layihəyə başlamaq üçün münasib zaman deyil. Adi günlərlə müqayisədə daha çox yorulur, səhvlər edirsiniz. Dürüst qərarların verilməsində ləngimə gecikmələr var. Rəqiblər bədxahlar sizi asanlıqla üstələyə bilərlər.

Günün ikinci yarısında işdə rəhbərliklə həmkarlarla münasibətlərdə gərginliyin yaranmasına yol verməyin. Problemin yeganə çıxış yolunun iş yerini dəyişmək olduğunu düşünməyin. Qərar verməyə tələsməyin. Vəziyyət az sonra stabiləşəcək anlayacaqsınız ki, situasiyanın xoş tərəfləri də var.

Detallara izafi diqqət prosesdə səliqə tələb edən işləri ertələyin. Problemlərə yaradıcı yanaşma nümayiş etdirin. Təxəyyülünüzü işə salın.

Oxatan – işgüzar danışıqlar, görüşlər müzakirələr üçün əlverişli zamandır. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi səy göstərməyə dəyməz. Kimsəni bəyənməyən hər kəsi tənqid etməyə meylli olan insan belə, sizinlə maraqlanacaq. Bəziləri sizinlə manipulyasiya etməyə çalışırlar. Buna imkan verməyin. Gərəksiz diqqətə heç bir ehtiyac yoxdur.
 

Günün ikinci yarısında səfər ya səyahətin sonucları pis olmayacaq. Yol sizi yormayacaq. Enerji potensialının səviyyəsi yüksəkdir. Fiziki iş əhvalınızı yaxşılaşdıracaq, sizə gümrahlıq bəxş edəcək.

Texnika, avadanlıq, avtomobil almaq olar. Seçimdə yanılmayacaqsınız. 

Oğlaq – diqqətli sayıq olun. Kiçik detalları, cüzi saydığınız məsələləri nəzərdən qaçırmayın. Düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Dostlar ya tanışlardan biri sizi səhvə yol verməkdən saxlamağa çalışırlar. Bu cəhdə aqressiv cavab verərək münaqişəli vəziyyət yaratmayın.

İxtilaf ya qıcıq üçün səbəb aramayın, çünki bu səbəblər düşündüyünüz qədər ciddi deyil. Bəzi məsələləri ürəyinizə salmayın.

Günün ikinci yarısı alış-veriş, anlaşma sövdələşmələr, danışıqlar üçün əlverişli deyil. Önəmli maliyyə məsələlərinin həllini ertələsəniz, daha yaxşı olar.

Axşam saatlarında gəzintiyə çıxın.

Dolça – bu gün diqqət mərkəzində olmağa çalışmayın, kölgədə qalaraq işləyin. Mənfi təmayüllərin təsiri güclü ola bilər. Lakin problemli saatlar çox çəkməyəcək. Mühüm işləri ciddi danışıqları ertələyərək bir qədər gözləyin. Taleyüklü qərarlar qəbul etmək üçün əlverişli zaman deyil. Səbəb gərəkli informasiya azlığıdır.

Maliyyə çətinlikləri istisna deyil. Pullara başdansovdu yanaşmayın, bədxərclik etməyin.

Günün ikinci yarısında yaxınlarınızdan dəstək almaq istəyirsinizsə üzləşdiyiniz problemlər barədə onlarla açıq danışın. Dostlardan kömək istəməkdən çəkinməyin. Onlar sizə yardım edəcək, yaxşı məsləhətlər verəcəklər. Əhvalınız yaxşılaşa bilər.

Balıqlar – peşəkar fəaliyyət baxımından uğurlu gündür. Görəcəyiniz işi başa vuranda pul almaqla yanaşı, nəticədən məmnun qalacaqsınız. Birlikdə çalışdığınız insanlarla ünsiyyətdə səmimi həssas olun. Onlardan biri dostunuza çevrilə bilər.

İctimai tədbirə qatıla bilərsiniz.

Günün ikinci yarısındakı romantik görüş yaddaqalan olacaq. Hansısa qaydaları pozmaq, ənənələri müvəqqəti də olsa, unutmaq olar.

Axşam saatlarında qəfil gəlir, hədiyyə istisna deyil.

24saat


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button