En son xeberler

Telegram-a yeni funksiyalar əlavə edilib

    Telegram tərtibatçıları messenceri təkmilləşdirməkdə davam edirlər. Növbəti yenilənmə öz növbəsində messencerə yeni funksiyaları əlavə edib. Belə ki, Telegram-a fərdi səsli bildirişlərin yaradılması onların ayarlanması, avtomatik silinən mesajları əhatə edən təkmilləşdirilmiş menyu  yeni nəsil botların yaradılması üçün nəzərdə tutulmuş alətlər əlavə edilib. Beləliklə bundan sonra istifadəçilər istənilən audio faylı səsli bildiriş qismində istifadə edə biləcəklər. Bunun üçün müvafiq çatda lazımi audio faylı ya səsli mesajı seçmək daha sonra seçilmiş faylı səsli bildirişlər siyahısına əlavə edərək onu istənilən çat üçün mövcud səsli bildiriş qismində qeyd etmək lazımdır. İstifadəçi tərəfindən səsli bildiriş kimi seçilmiş istənilən audio faylı həm ayrı-ayrı çatlar, həm də qrup ilə kanallar üçün təyin etmək mümkündür.

    Qeyd etmək lazımdır ki, Telegram-a həmçinin bildirişləri istənilən vaxta kimi deaktiv etmək imkanı əlavə edilib. Daha öncə istifadəçi bildirişləri 1/8/48 saatlıq deaktiv edə bilirdi. Bununla yanaşı messencerə avtomatik silinən mesajları əhatə edən təkmilləşdirilmiş menyu əlavə edilib. Bu funksiya istənilən çat üçün aktivdir istifadəçi bunun sayəsində ünsiyyəti daha konfidensial edə bilər. Sözügedən yenilik mesajların avtomatik silinmələri imkanını asan şəkildə aktivləşdirməyə imkan verir mesajların silinmələri üçün nəzərdə tutulmuş vaxtın daha sadə şəkildə təyinini reallaşdırır. Botlar Telegram-da 2015-ci ildən mövcuddurlar bütün bu müddət ərzində onlar müəyyən təkamül prosesindən keçiblər.

    Messencerə əlavə edilmiş yenilik isə botları daha fərqli səviyyəyə yüksəldəcək. Belə ki, tərtibatçılar bundan sonra JavaScript vasitəsilə müxtəlif interfeyslər yarada biləcəklər. Başqa sözlə desək, Telegram-dakı yeni nəsil botlar faktiki olaraq veb saytları əvəz edəcəklər. Bundan əlavə olaraq qrup kanallar üçün olan bot adminlərinin ayarlanmaları prosesi də sadələşdirilib. Bu prosesi botun hesabından çıxmadan reallaşdırmaq mümkündür. Yeni funksiyalar ilə yanaşı messencerə həmçinin yeni animasiyalı emojilər də əlavə edilib. Tətbiqin iOS versiyasında mesajların tərcümə funksiyası yaxşılaşdırılıb o, yeni dillərin dəstəklərini əldə edib. Tətbiqin Android veriyasında isə picture-in-picture funksiyasından istifadə zamanı pəncərə ölçüsünün ayarlanması imkanı reallaşdırılıb.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button