En son xeberler

iPhone 14-də peyk şəbəkəsi üzərindən fövqəladə xidmətlərlə əlaqə yaratmaq imkanı reallaşdırıla bilər

    Bloomberg saytının nüfuzlu jurnalisti Mark Gurman-ın proqnozlarına əsasən bu il təqdim ediləcək iPhone 14-də peyklər vasitəsilə fövqəladə xidmətlərə mətnli mesajlar göndərmək imkanı reallaşdırılacaq bu, adi mobil şəbəkənin olmadığı yerlərdə lazımlı olacaq. Qeyd etmək lazımdır ki, hələ keçən il bu cür imkanın iPhone 13-də reallaşdırılacağı barəsində məlumatlar ortaya çıxmışdı. Lakin nəticədə Apple şirkəti sözügedən imkanı iPhone 13-də təqdim etmədi. Bununla belə bu özəlliyin iPhone 14-də istifadəyə verilmə ehtimalı çox yüksəkdir. Əgər sözügedən özəllik nəticə etibarilə reallaşdırılsa, çox güman ki, o, məhdud funksionallığa sahib olacaq.

    “Sözügedən texnologiya istifadəçilərə peyk şəbəkəsi vasitəsilə fövqəladə xidmətlərə mətnli mesajlar göndərməyi beləliklə baş vermiş hansısa bədbəxt hadisə barəsində məlumat verməyi mümkün edəcək” – deyə Mark Gurman qeyd edib. Günümüzdə bu cür funksiyaya sahib olan cihazlar öz böyük ölçüləri ilə fərqlənirlər. Ola bilər ki, Apple şirkəti bu texnologiyanı smartfona inteqrasiya oluna biləcək dərəcədə kiçildə bilib. Verilmiş məlumata əsasən smartfonları peyk şəbəkəsi ilə təmin edə biləcək standart şəbəkələrin yaradılması üzərində Lynk  AST kimi şirkətlər çalışırlar.

    Lakin sözügedən texnologiyanın inteqrasiyası üçün hələ çox zaman lazım olacaq. iPhone smartfonlarına gəldikdə isə onlar hal hazırda Qualcomm şirkətinin modemləri vasitəsilə çalışırlar. Lakin bununla belə Apple fərdi modemin hazırlanması üzərində də çalışır fərdi modemlərin iPhone modellərinə 2023-2024-cü illərdə inteqrasiya ediləcəyi gözlənlir. Əgər Apple uzunmüddətli perspektiv üzrə çalışır Lynk, AST kimi şirkətlərlə müqavilə bağlayıbsa, o, modemləri konkret provayder servisləri üçün optimizasiya edə bilər. Bu halda peyk şəbəkəsi ilə uyğunlaşan iPhone modelləri həqiqətən də satışa çıxa bilərlər. Lakin bunun 2025-ci ildən tez olacağını gözləmək lazım deyil.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button