En son xeberler

Alimlər Günəş enerjisini maye halına çevirə və onu özündə 18 il saxlaya bilən texnologiya yaradıblar

    İsveçli alimlər Molecular Solar Thermal (MOST) adlı yeni texnologiya yaradıblar. Sözügedən texnologiya Günəş enerjisini maye halına çevirə onu özündə 18 il ərzində saxlaya bilər. Bundan əlavə olaraq alimlər tərəfindən termoelektrik generator yaradılıb. Yaradılmış generator xüsusi maye daxilində yaranan istiliyi katalizator vasitəsilə elektrik enerjisinə çevirə bilir. “Biz, hava şəraitindən, vaxtdan, ilin fəslindən geoqrafik yerləşmədən asılı olmayaraq Günəş işığını elektrik enerjisinə çevrilmədə istifadə edə bilərik. Bu, CO2 ifrazı etmədən çalışa bilən qapalı sistemdir” – deyə alimlər qeyd ediblər. Alimlər tərəfindən yaradılmış yeni texnologiyanın çalışma prinsipi xüsusi hazırlanmış karbon, hidrogen azot molekuluna əsaslanaır.

    Molekulun Günəş işığı ilə qarşılıqlı əlaqəyə girməsi zamanı atomlar molekulun konfiqurasiyasını dəyişərək onu enerji ilə zəngin olan izomerə çevirirlər. İzomer isə maye şəklində mövcud ola bilir. Bu sistemi kompakt ölçülü termoelektrik generatoru ilə birləşdirərək alimlər əldə edilmiş enerjinin elektrik enerjisinə çevrilməsinə nail olublar. Kompakt ölçülü termoelektrik generator isə ultranazik çip formasındadır onu smartfonlar, qulaqlıqlar smart saatlar kimi elektronik cihazlara inteqrasiya etmək mümkündür. Perspektiv cəhətdən bu cür texnologiya qapalı Günəş enerjisi sistemi vasitəsilə özü-özünü şarj edə bilən elektronik cihazların yaradılmasına gətirib çıxarda bilər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button