En son xeberler

Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaradın

24saat dünyanın nüfuzlu məşhur ulduz falları portalları “Horoscope” “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç – adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Sayı artan işlərə görə vaxtından artıq fəaliyyət göstərməlisiniz. İşdə rəhbərlik sizin aktivlik zəhmətkeşliyinizi görəcək, səylərinizi dəyərləndirəcək.

Günün ikinci yarısında həmkarlarla mübahisə yaranacaq. Bu minvalla kimin sizə normal münasibət bəslədiyini, kimin də bədxahlıq etdiyini müəyyənləşdirə biləcəksiniz.

Yaxınlarınızdan birinizin əməli sizdə təəssüf hissi yaradacaq. Sevdiyiniz şəxsin ideal olmadığını anlayın. Axşam saatları nigaranlıq gərginlik zamanıdır. Səbəblər ciddi olmasa da, hisslərin öhdəsindən gəlmək çətindir.

Kiçik travmalar, zədə burxulma ola bilər.

Buğa – uzun müddətdən bəri reallaşdırmaq istədiyiniz planları gerçəkləşdirmək üçün əlverişli zamandır. Sizə yaxşı məsləhətlər verəcək yardım edəcək insanlar yaxınlıqdadır. Nüfuzlu şəxslər də sizi dəstəkləyəcəklər. Məntiqi risk bəhrəsini verəcək.

Günün ikinci yarısında uğurlarınız dəyər verdiyiniz insanları sevindirəcək. Evdəki şərait hamı üçün komfortlu, rahat, xoş olacaq. Uşaqlarla münasibətlər xüsusilə yaxşı olacaq.

Axşam saatları yaradıcılıq üçün əlverişlidir. Təxəyüllünüzü işə salın.

Əkizlər – nə qədər aktiv olsanız, özünüzü bir o qədər yaxşı hiss edəcəksiniz. İşlərinizdə süst tənbəl olmayın. Oturaq iş adi günlərdən fərqli olaraq sizi daha çox yoracaq. İşlər çox olsa belə, fasilə etməyi, tənəffüsü unutmayın.

Həzm sisteminizdə problemlər ola bilər. Sağlam qidalanmaya üstünlük verin.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Vaxtınızı xoş keçirməyə çalışın. Axşam saatlarında mühüm önəmli görüşlər keçirməyin. Xırda işlərə sinirlənməyin. Detallar sizi qıcıqlanlırmasın. Münasibətləri qorumaq istədiyiniz insanlarla mübahisə etməyin.

Xərçəng – adi günlərdən fərqli olaraq işlərin öhdəsindən sürətlə uğurla gələcəksiniz. Bədxahlarınız uğurlarınıza, irəliləyişinizə paxıllıq edəcəklər, sizə qarşı məkrli planlar quracaqlar. Düşmənlərlə bədxahların bu çirkin planlarını faş edin mühüm işi yerinə yetirməyə davam edin. Peşəkar fəaliyyət müstəvisində irəliləməyə çalışın.

Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərsiniz. Həmin məbləğ qəfil ola bilər.

Alış-veriş, investisiyalar, maliyyə məsələlərinin həlli üçün münasib zamandır. Hissiyatınız sizi aldatmayacaq. Şəxsi məsələlərdə isə intuisiyanız sizi aldadacaq. Bu gün mühüm qərarlar qəbul etməyin.

Şir – mühüm işlərə başlamaq zamanıdır. İlk əvvəl uğura güvənməsəniz də, gedişat pis olmayacaq. Seçdiyiniz taktika dürüst səhih olarsa, ən ağır şəraitdə belə effektiv çalışa biləcəksiniz.

Günün ikinci yarısında sürətlə irəliləməyə can atın. Diqqət mərkəzində olacaqsınız.

Sevdiyiniz insana qısqanclıq üçün səbəb verməyin. Belə hiss yaranarsa, münasibətlərdə uzun müddət davam edəcək sərinlik formalaşa bilər.

Axşam saatlarında xoş, romantik təmaslar formalaşa bilər.

Qız – bədxahları üstələmək, nüfuzlu insandan dəstək almaq şansları var. Ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi işi görə biləcəksiniz. Dürüst qərarı tez qəbul edin. Peşəkar fəaliyyət müstəvisində qarşınıza qoyduğunuz məqsədə çatmaqda kimsənin sizə mane olmasına imkan verməyin.

Günün ikinci yarısında uğur qazanacaqsınız. Yeni tanışlıqlar münasibətlər üçün əlverişli gündür. Kimisə bəyənibsinizsə, təşəbbüskar olun.

Şəxsi münasibətlərdə yeni mərhələ üçün əlverişli zamandır.

Tərəzi – uzun müddətdən bəri öhdəsindən gələ bilmədiyiniz işi günün ilk yarısında nəyin bahasına olursa-olsun bitirməyə çalışmayın. Yeni işə ya layihəyə başlasanız, daha yaxşıdır. Belədə faydalı təcrübə əldə etməklə yanaşı uğurlara da nail ola bilərsiniz.

Heç gözləmədiyiniz halda gəlir əldə edəcək, borcları qaytara biləcəksiniz.

Günün ikinci yarısında alış-veriş etməyə tələsməyin. İlk baxışdan bəyəndiyiniz əşyalar sonradan sizi pərişan edə bilər. Şəxsi həyatla bağlı önəmli qərarları müstəqil qəbul edin. Adətən yaxşı məsləhətlər verən insanlara bu gün bel bağlamayın.

Əqrəb – axı hara tələsirsiniz? Bu suala cavab tapmağa çətinlik çəksəniz də, fakt faktlığında qalır. Mümkün qədər sürətlə hərəkət etmək, çalışmaq, bütün işlərin öhdəsindən gəlmək istəyirsiniz. Pis istək deyil. Amma ehtiyatı əldən verməyin, sərvaxt davranın. Bir qədər nəfəs dərin, situasiyanı dəyərləndirin. Nəticələr gözlənilməz olacaq.

Günün ikinci yarısını sənədləşdirmə ilə bağlı problemləri nizama salmaq üçün əlverişli vaxtdır. Yeni işlərə başlayın. Diqqətinizi cəmləyin, xırdalıq detalalları nəzərdən qaçırmayın. Dövlət qurumlarının mənsubları ilə ünsiyyət zamanı geri çəkilməyin, mövqelərinizi qoruyun. Təmirə ya köçə hazırlığa başlamaq olar. Mebel, interyer predmetləri ala bilərsiniz.

Oxatan – adi günlərdən fərqli olaraq çətin zamandır. Sənədlərlə çalışanda diqqətli olun, hesablamalarda yanlışlıqlara yol verməyin. Yaradıcı yanaşma tələb edən işlərdə ciddi uğura nail ola bilərsiniz. İşgüzar görüş yaxşı keçəcək. Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaradın.

Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yarana bilər. Başağrıları istsina deyil. Fiziki iş normal olmalıdır. Rasionda məntiqi məhdudiyyətlərə əl atın. Faydalı vərdişlər əldə etmək ya sağlam həyat tərzinə başlamaq istəyirsinizsə – elə indi başlayın. Seçdiyiniz istiqamətdə ilk addımları atmaq zamanıdır.

Oğlaq – sevinc şadlıq üçün səbəblər yaradacaq gündür. Lakin qələbələrin bəziləri o qədər kiçik olacaq ki, həmin uğurlar nəzərə dəyməyəcək. Diqqətli, sayıq olun. Ətrafınızda yaşanan hadisələri diqqətlə müşahidə edin. Yaxın ətrafınızdakı insanlardan bəzilərinə olan münasibətinizi dəyişin. Bəzi adamları olduğundan artıq dəyərləndirir, bəziləri barədə yanlış düşüncədə olursunuz.

Günün ikinci yarısı evdə qayda yaratmaq, lazımsız əşyalardan hisslərdən qurtulmaq zamanıdır. Ehtiyac duyduğunuz nəsnələrin siyahısını tutun.

Alış-verişə yollanmaq olar.

Dolça – günün ilk yarısında xoşagəlməz insanla qarşılaşa bilərsiniz. Əhvalınızı pozmayın, kimə görəsə sinirlənməyin. Romantik hissləri bir qədər təxirə salın. İşlərdə aktiv olun.

Günün ikinci yarısında fəaliyyət rejiminə riayət edin. Həddən artıq işləmək yuxusuzluğa, orqanizminizdə problemlərə səbəb ola bilər. Ailə üzvlərinin problemlərinə diqqətlə yanaşın. Açıq söhbət bir sıra anlaşılmazlıqlara son qoya bilər.

Balıqlar – yaxşı çalışdığınızı, mükafata layiq olduğunuzu düşünürsünüz. İşdə rəhbərlik ya sifarişçi fərqli düşündüyündən dialoq alınmayacaq. Fəqət, bu gün yaşanan fikir ayrılığı ya ixtilaf qapını çırparaq getmək üçün səbəb deyil. Davranışınızı düşünün. Taktikanı dəyişmək, bilik bacarıqlarınızdan daha çox bəhs etmək zamanıdır.

Günün ikinci yarısında yaxınlarınızın sizə olan ehtiyacı artacaq. Onlar qayğı diqqət gözləyirlər. Ünsiyyət üçün mütləq şəkildə vaxt tapın.

Uzun səfərə ya səyahətə çıxmayın. Çox yorula bilərsiniz.

24saat


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button