En son xeberler

Rusiya Luqanskda daha 2 şəhəri tutmağa çalışır

Aprelin 14-də isə Ukraynanın döyüş gedən şəhərlərindən humanitar dəhlizlərlə 2 min 557 nəfər evakuasiya olunub

Ukrayna Prezidenti Volodimir Zelenski xalqının Rusiya işğalına qarşı dirənişini alqışlayıb, onların “həyatının ən vacib – vuruşmaq qərarını verdiyini” deyib. Zelenski bu sözləri Rusiyanın Qara Dəniz donanmasının flaqman gəmisinin batdığı gün dilə gətirib.

Aprelin 14-də axşam çıxış edən Zelenski deyib ki, ukraynalıların Rusiyanın hücumuna 50 gün duruş gətirdiklərinə görə fəxr etməlidirlər, baxmayaraq ki, işğalçılar “bizə maksimum beş gün vermişdilər”.

ABŞ gəminin vurulduğunu təsdiqləmir

PrezidentRusiya hərbi gəmilərini, hətta dənizin dibinə də olsa, göndərməyn mümkün olduğunu göstərənləri” vurğulayıb. Rusiyanın “Moskva” kreyseri dünən axşam Qara dənizdə batıb.

Rusiya Müdafiə Nazirliyi gəmiyə yanğından sonra ciddi ziyan dəydiyini, tufanda limana aparılarkən batdığını deyir. Ukrayna rəsmiləri isə gəminin həmin gün Neptun gəmi əleyhinə raketlə vurulduğunu bildirir.

Birləşmiş Ştatlar “Moskva”nın raketlə vurulduğunu deməyə yetərincə informasiyası olmadığını bildirib.

“Ancaq əlbəttə ki,.. bu, Rusiyaya böyük zərbədir”,Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Döyüşlər qızışır

Bu arada Rusiya donanması Ukraynanın Qara dəniz sahillərindəki şəhərlərini bombalamaqdadlr. Aprelin 16-də paytaxt Kiyevdə də güclü partlayış eşidilib, yerli media belə yazır. Ölkənin şərqində döyüşlər şiddətlənir.

Media cənubdakı Xerson, şərqdə Xarkov Ukraynanın qərbində İvano-Frankovsk şəhərlərində partlayışların eşidildiyini xəbər verir.

Ukrayna hakimiyyəti ölkənin şərq hissəsində Rusiya qüvvələrinin yeni hücumunu gözləyir. Hazırda Rusiya bu əraziyə fokuslanıb, Luqansk regionundakı Popasna Rubijne şəhərlərini tutmağa çalışır, Ukrayna ordusu məlumatı aprelin 15-də yayıb.

Amma Ukrayna Baş Komandanlığı Rusiyanın buna nail olmadığını bildirib.

Evakuasiya edilənlər

Aprelin 14-də isə Ukraynanın döyüş gedən şəhərlərindən humanitar dəhlizlərlə 2 min 557 nəfər evakuasiya olunub. Baş nazirin müavini İrina Vereşçuk dünən axşam bu haqda məlumat verib.

Onlardan 289 nəfər mühasirədə olan Mariupol şəhərindən öz nəqliyyat vasitəsilə çıxıb.

Şərqi Luqansk vilayətindən isə 220 nəfərin təhlükəsiz çıxarıldığı bildirilir.

Ukrayna rəsmiləri Mariupolda onminlərlə insanın öldürüldüyünü bildirir, Rusiyanı həftələrdir şəhərdən çıxa bilməyən dinc sakinlərə humanitar yardımı önləməkdə ittiham edir.

Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı səbəbsiz müharibə bu ölkənin 44 milyonluq əhalisinin təxminən dörddə birini evindən didərgin salıb, minlərlə insan öldürülüb, yaxud yaralanıb, şəhərlər dağıdılıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button