En son xeberler

Rusiyanın ‘Moskva’ kreyserində yanğın baş verib

Qara dəniz sahilindəki Odessa vilayətinin qubernatoru Maksim Marçenko kreyserin Ukrayna istehsalı iki Neptun gəmi əleyhinə qanadlı raketlə vurulduğunu deyib

Rusiya fevralın 14-də Qara Dəniz donanmasının kreyserində partlayışın baş verdiyini, gəmiyə ciddi ziyan dəydiyini, heyətin təxliyə olunduğunu bildirib. Ukrayna rəsmisi gəminin raketlə vurulduğunu deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva raket kreyserində yanğın sursatın partlamasına səbəb olub, “Interfax” xəbər agentliyi bildirib.

Nazirlik yanğının səbəbini açıqlamayıb. Amma Qara dəniz sahilindəki Odessa vilayətinin qubernatoru Maksim Marçenko kreyserin Ukrayna istehsalı iki Neptun gəmi əleyhinə qanadlı raketlə vurulduğunu deyib.

“Qara dəniz qoruyan Neptun raketləri çox ağır ziyan törədib”, – o, Telegram postunda yazıb.

Ukrayna müdafiə nazirliyi, hələlik, məsələni şərh etməyib.

Müharibənin əvvəlində “Moskva” gəmisindən strateji İlan adasındakı Ukrayna sərhədçilərinə təslim olmaq çağırış edilmişdi. Amma onlar imtina etmişdilər.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan artıq ikinci böyük gəmisinə ziyan dəyir. Ötən ay Ukrayna Azov dənizində Orsk desant gəmisini dağıtdığını bildirmişdi.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button