En son xeberler

Müharibə yenidən başlayır… Kreml iflas olacaq

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya qoşunlarının Kiyev ətrafından geri çəkilməsinə Ukrayna qüvvələrinin bu mərhələdəki qələbəsinə baxmayaraq, müharibənin bitməsinə hələ çox qalır. Bu barədə “Amerikanın səsi” məlumat yayıb. Dövlət katibi bildirib ki, Rusiya şərq cənub istiqamətindən yeni hücuma başlamaq üçün qüvvələrini cəmləşdirir. 

Blinken Ağ evin Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketini dəstəklədiyini bildirib. Əlavə edib ki, Ukrayna ABŞ bütün dünyadakı müttəfiqləri ilə birlikdə öz gələcəyi urunda apardığı müharibənin növbəti mərhələsinə hazırlaşır. 

Dövlət katibinin sözlərinə görə, son yardım paketini də nəzərə almaqla, Bayden administrasiyası artıq Ukraynaya 3.2 milyard dollarlıq yardım göstərib. Bu yardımın 2.5 milyardlıq hissəsi Rusiyanın hərbi təcavüzündən sonra həyata keçirilib. 

“Biz Ukrayna ilə sıx əlaqədəyik prezident Zelenskinin münaqişəni diplomatik yollarla həll etmək niyyətini dəstəkləyirik. Hazırda Ukraynanın danışıqlarda mövqeyini maksimum dərəcədə gücləndirməyə Putinə təzyiqi artırmağa çalışırıq” – dövlət katibi qeyd edib. 

“ABŞ dünya birliyi Putinin başladığı bu müharibəni Kremlin uzunmüddətli strateji iflası ilə yekunlaşdıracaq” – Dövlət Departamentinin rəhbəri bildirib. 

Qeyd edək ki, hələ 24 fevraldan əvvəl də Qərb koalisiyasının, xüsusilə, ABŞ-ın bu qarşıdurmanın aktiv uzunmüddətli müharibəyə çevrilməsində, Rusiyanın hərbi-iqtisadi çöküşü ilə nəticələnməsində maraqlı olduqları barədə kifayət qədər rəylər vardı. Bu yanaşmanın müəllifləri hesab edirdilər ki, Rusiyanın yaxın ətrafında çoxsaylı belə ocaqlar yaratmaqla Rusiya hərb maşınını Ukrayna çöllərinə çəkməklə, qərb bu ölkəni nəhəng xərclər, hərbi potensialın məhvi siyasi legitimliyin itirilməsi kimi qorxulu nəticələrə doğru itələyir. Müharibə başladıqdan dərhal sonra Moskvanın üzləşdiyi sanksiyalar seli də bunu bir daha təsdiq etmiş oldu. 

Bu baxımdan dövlət katibi Blinkenin “ABŞ dünya birliyi Putinin başladığı bu müharibəni Kremlin uzunmüddətli strateji iflası ilə yekunlaşdıracaq” fikri təsadüfi yeni sayılmamalıdır. 

24 saat


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button