En son xeberler

Rusiyanın tutduğu Berdyanskda nə baş verir

Şəhərdən çıxıb getmək istəyənlərə isə bircə yol göstərilir: Rusiyanın nəzarətində olan Krım

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayandan cəmi dörd gün sonra Maripuldan qərbdə yerləşən Berdyansk şəhərini tutub. Bu şəhər Rusiyanın ilhaq etdiyi Krımla Ukraynanın əsas hissəsini birləşdirən hissədən şərqdə yerləşir. AzadlıqRadiosu-nun Ukrayna xidməti ilə əməkdaşlıq edən Viktoriya Roşçina ötən ay Azov dənizi sahilində yerləşən, 100 mindən çox əhalisi olan şəhərə gedib.

O, Rusiya nəzarət məntəqələrindən keçib, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) onu bir həftə saxlayıb, Ukrayna SBU üçün işləməkdə suçlayıb.

Müxbir şəhərin Rusiya hərbi texnikası ilə dolu olduğunu görüb. Hökumət binalarını rusiyalılar tutaraq əməliyyat bazalarına çevirib. Küçələrdə Rusiya hərbi patrulları keşik çəkir.

Çeçenlər separatçılar

Şəhərdə təbii qaz təchizatı, mobil telefon xidməti yoxdur. Ərzaq, dərman, yanacaq çatışmır. Uzaqdan partlayış səsləri gəlir, işğalçı qüvvələr mer əvəzi “komendant” təyin ediblər.

Müxbir işğala qarşı çıxanların oğurlandığını, yaxud əsirlikdə saxlandığını bildirir. Söz azadlığı boğulub, yerli radiostansiya tutulub, Rusiya telekanalları yayımlanır.

Zaporojyedən Berdyanska qədər 20-dən çox Rusiya hərbi nəzarət məntəqəsindən keçən müxbir onların çoxunda Rusiyanın Çeçenistan regionundan qüvvələri, yaxud Rusiyanın nəzarətində olan Donetskdən separatçıları görüb. Məntəqələrdə kişiləri saxlayıb soyunmalarını istəyir, bədənlərində tatu olub-olmadığını yoxlayırlar. Tatular bəzən Ukrayna qüvvələrinin simvollarını əks etdirir. Kişilərin barmaqlarında barıt izi olub-olmadığı yoxlanır. Mobil telefonlar, digər əşyalar da diqqətlə yoxlanır.
Berdyanskın 100 kilometrliyində yerləşən Polohi şəhərində də xeyli sayda Rusiya qüvvələri cəmləşib. Müxbir orada çeçenlərin aqressiv davrandığını yazır.

Mobil telefon əlaqəsi yoxdur

Berdyanskın 30 kilometrliyində mobil telefon əlaqəsi itir. Şəhər sakinləri deyirlər ki, işğalçı qüvvələr Rusiya şəbəkəsi qurmaq SIM kartlar buraxmaq vədi veriblər, amma indilik, “dünyadan ayrı düşmüşük”.

Sakinlər ambulans çağıra bilmir, xəstəxanalarda, apteklərdə dərman qıtlığı var.

Yerli aptekçi Halina Boyko təchizatçıların heç nə gətirmədiyini deyib.

Qaz olmadığından elektrik şəbəkəsi yüklənir, bu isə elektrikin kəsilməsinə səbəb olur. Şəhərdə əsas çörək zavodu, ət emalı zavodu işləsə də, mağazalar təchizatın azaldığını deyirlər.

“Mağazalar demək olar boşdur, mal gətirənlər onu baha qiymətə satırlar… bazarda hər şey bahadır”, – bir sakin söyləyib.

Bankların qarşısına yığışanlar

Müxbir bankların qarşısında xeyli adamın yığıldığını görüb, onlar heç də növbəyə durmurlar, WiFi şəbəkələrinə qoşulmağa çalışırlar. Rusiyalı əsgərlər də siqnalı tutmaq üçün banklara gedirlər.

Amma banklar qapalıdır, bəzi sakinlər hələ şəhər tutulmamışdan pensiyalarını ala bilməyiblər. Müştərilər yalnız bir bankdan pul çəkə bilərlər, o da əgər tətbiqə girə bilsələr.

Sakinlər kömək üçün rusiyalılara, yaxud hələ tutulmamış sosial təhlükəsizlik idarəsinə üz tuturlar. Mariupola gedib çıxmayan humanitar yardım bu idarədə paylanır.

Şəhərdən çıxıb getmək istəyənlərə isə bircə yol göstərilir: Rusiyanın nəzarətində olan Krım.

Şəhəri tutan rusiyalılar yerli jurnalistlərə təzyiq göstərməyə, onları əməkdaşlığa cəlb etməyə çalışıb, bəziləri saxlanıb, yaxud əsir götürülüb.

“Telefonlarını, sənədlərini aldılar, kompüterlərini yoxladılar”, – bir yerli fəal danışıb. Yalnız Rusiya TV radiosu yayımlanır, yerli nəşrin başçısı isə döyülüb.

Mariupoldan gələnlər

Gənclər mərkəzi isə məcburi köçkünlərin məkanına çevrilib, onlara isti geyim, vacib ləvazimatlar verilir. Müxbir əsasən Mariupoldan olan qaçqınlar Ukrayna ukraynalılara rəğbət bəslədiyini yazır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button