En son xeberler

Putinin kürəkəni olduğu deyilən niderlandlının gizli həyatı

Martın ilk həftəsonu Amsterdamın Duvendrext məhəlləsində sakinlər bir torpaq sahəsinin hasarında Ukrayna bayrağı “AveMariaPutin” yazılı stiker ingilis dilində bir mətn görüb təəccübləndilər.

“Sizin dinc yerinizdən iki min kilometrədək uzaqlıqda atanızın dağıtmaqda olduğu azad ölkə var. Sözümüzü ona çatdırmaq mümkün deyil… Lütfən, qəlbinizi dinləyin ki, atanızın qəlbinə yol tapasınız bu mənasız iztirabı dayandırasınız. Sizə yalvarırıq, Mariya Putina”, –mətndə yazılmışdı.

Həmin torpaq sahəsinin sahibi 42-yaşlı Niderland vətəndaşı imiş. Yorrit Faassen adlı tikinti mühəndisi “Follow The Money” adlı holland araşdırma saytına müsahibəsində 16 ildir vətəninə gəlmədiyini Moskvada xoşbəxt həyat sürdüyünü deyib. Onun Moskvada yaşamasının səbəbi isə evli olduğu (yaxud keçmişdə evli olduğu) qadındır. Söhbət Putinin böyük qızı Mariya Vorontsovadan gedir.

Kreml Mariya kiçik bacısı Yekaterina Tixonovanı hər vəchlə ictimaiyyətdən gizlədib. Onlar Putinin 2013-cü ildə boşadığı keçmiş rəsmi həyat yoldaşı Lyudmiladan olan qızlarıdır.

Son illər ərzində mətbuatın bu qadınlara marağı böyükdür. Bu həftə ABŞ Avropa İttifaqının sanksiyaları, nəhayət, onlara da gəlib çatıb onların fotoları qəzetlərin ön səhifələrini bəzəyib.

Tixonovanın Putinin yaxın adamlarından birinin oğlu ilə evliliyi haqda çoxlu məlumat var. Ancaq Mariya haqda bunu demək mümkün deyil.

“Current Time” “Meduza” Faassenin Moskvada Kreml yaxınlığındakı dəbdəbəli mənzil kompleksində yaşadığını öyrənib. Ancaq Faassen Mariya jurnalistlərin “Telegram” vasitəsilə göndərdiyi sualları oxusalar da, onlara cavab verməyiblər.

Faassen bir holland qəzetinə müsahibəsində Putinin qızı ilə evli olduğunu danıb. Ancaq o, rus qadınla evli olduğunu uşaqları olduğunu deyib.

Putinin daxili çevrəsinə yaxın bir rəsmi şəxs “Current Time” “Meduza”ya Faassenin hazırda, bir növ, tələdə olduğunu Niderlanda qayıda bilmədiyini deyib.

Moskva Dövlət Universitetindən tibb dərəcəsi alan Mariya “Maria Faassen” adı ilə elmi məqalələr dərc etdirib. İndi o, Vorontsova soyadından istifadə edir. ABŞ Aİ-nin bir neçə sanksiyasına da bu ad daxil edilib.

Vorontsova soyadının haradan gəldiyi də dəqiq məlum deyil. Bacısının daşıdığı Tixonova soyadı isə Lyudmila Putinanın anasının soyadıdır.

2010-cu ilin noyabrında Rusiyada yayılan bir xəbərdə deyilirdi ki, Yorrit Faassen adlı bir Niderland vətəndaşı Moskvada sürətli avtomobil yolunda düşən davada Matvey Urin adlı bankir tərəfindən möhkəm döyülüb. Hadisədən bir neçə saat sonra Urin cangüdənləri Putin yüksək hökumət rəsmilərinə xidmət edən elit mühafizə qurumu – Federal Mühafizə Xidməti tərəfindən saxlanılıb.

Urin səkkiz ildən çox həbsdə saxlanılıb. Ona aid banklar şəbəkəsi isə müflis edilib. Urinin sürücüsü cangüdənlərinin də hərəsinə 2 – 4 il iş verilib.

O zaman Rusiya mətbuatı Faasseni sadəcə “Gazprom”un rəhbər şəxslərindən biri kimi təqdim etmişdi. 2016-cı ilədək heç bir xəbərdə onun adı Putinin qızı ilə bağlı çəkilmirdi. 2016-cı ildə ilk dəfə “Novoye vremya” jurnalı bu əlaqə haqqında yazıb.

Urinin sürücüsünün vəkili jurnalistlərə bəzi prosedurlardakı qəribəliklərdən danışıb.

“…Dərhal bilinirdi ki, [Faassen] adi adam deyil. Onun FSB-də adamlarının olduğu deyilirdi”, – vəkil deyib.

2011-ci ildə Rusiyanın “Vedomosti” qəzeti onun “Gazprombank-Invest” şirkətində daşınmaz əmlak menecmenti üzrə mütəxəssis, daha sonra isə “Gazprom”a aid başqa bir şirkətin – “Stroytransgaz”ın vitse-prezidenti olduğunu yazmışdı. Qəzet Faassenə 60 kvadratmetrlik ofis şəxsi “Lexus” verildiyini də yazırdı.

Putinin yaxın çevrəsi ilə tanış olan bir şəxs Faassen Mariyanın 2014-cü ilin iyulunadək hər ilin bir neçə ayını Niderlandda keçirdiyini deyir. Həmin ay Rusiyanın dəstəklədiyi separatçılar Şərqi Ukrayna üzərindən uçan, Niderlanda aid sərnişin təyyarəsini vuraraq yerə salmışdılar. Öldürülən 298 nəfərdən 198-i Niderland vətəndaşları idi.

Adının çəkilməsini istəməyən həmin şəxsin sözlərinə görə, bu hadisədən sonra Putin qızının nəvəsinin həmişə Rusiyada yaşamasına israr edib.

“Faassen Avropaya qayıtsa, vəziyyəti dəqiq yaxşı olmayacaq. O, Putinin daxili çevrəsinə sürüklənib. Onun haqqında məqalələr yazılır, jurnalistlər ona ailə üzvlərinə zəng vururlar. Buna görə onun Niderlanda qayıtması mümkün deyil”, – həmin şəxs deyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button