En son xeberler

Polşa və Baltik ölkələri liderləri Kiyevə gedir

Son vaxtlar Avropa liderləri bir-birinin ardınca Kiyevə Zelenski hökuməti ilə danışıqlara gedir

Polşa prezidenti üç Baltik ölkəsinin liderləri ilə birlikdə Kiyevə yollanıb. Səfərin məqsədi Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstək sərgiləməkdir.

Andrey Dudanın müşaviri aprelin 13-də Twitter-də Polşa lideri ilə onun Baltik ölkəsindən üç həmkarının fotosunu yerləşdirib, qrupun Ukrayna paytaxtına yollandığını yazıb.

Son vaxtlar Avropa liderləri bir-birinin ardınca Kiyevə Zelenski hökuməti ilə danışıqlara gedir.

Duda Polşa hökuməti Ukraynaya güclü dəstək verənlərdəndir, Ukraynaya avadanlıq təchizat göndərir, 2.5 milyondan çox ukraynalı qaçqını qəbul edib.

Moskva ilə münasibətləri yaxşı olmayan Varşava NATO, ABŞ Avropa İttifaqını (Aİ) Ukraynanı Rusiyaya qarşı müharibədə daha çox dəstəkləməyə çağırıb.

Almaniya prezidenti də gedirmi?

Xəbərlərdə Almaniya prezidentinin də qrupa qoşulduğu deyilsə də, Ukrayna rəsmiləri onun əvəzinə Kansler Olaf Şoltsu görmək istədiklərini deyiblər.

Ukrayna Almaniyadan ağır silahlar, o cümlədən tank artilleriya istəyir. Amma Şolts bu cəhdi önləyir, bu məsələdə Aİ-nin birgə hərəkət etməli olduğunu deyir.

NATO-nun digər üzvləri, məsələn, Çex Respublikası artıq tanklar daxil ağır silahlar göndərməyə başlayıb.

Son bir neçə həftə ərzində Britaniya, Avstriya, Çex Respublikası, Sloveniya Slovakiya liderləri, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə səfər ediblər.

Rusiya fevralın 24-də Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayıb. Qərb buna görə Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button