En son xeberler

NSO Group-un casus tətbiqi Avropa Birliyindən olan məmurların izlənmələrində istifadə edilirmiş

    Pegasus adlı məşhur casus tətbiqinin yaradıcısı NSO Group şirkəti ForcedEntry adlı digər tətbiq ilə bağlı yeni qalmaqala daxil olub. Verilmiş məlumata əsasən Avropa Birliyindən olan yüksək vəzifəli məmurların smartfonları 2021-ci ildə NSO Group-un casus tətbiqi vasitəsilə hack edilib. Bu barədə Reuters saytı xəbər verib. Məlumatda qeyd edilib ki, baş vermiş hadisənin qurbanları arasında Didier Reynders də olub. Qeyd etmək lazımdır ki, Didier Reynders İsveçrənin baş nazir müavini, müdafiə naziri həmçinin xarici Avropa işləri naziri vəzifələrində çalışıb. 2019-cu ildən indiyənə kimi isə o, Avropa Komissiyasında ədliyyə komissarı vəzifəsində çalışır. Avropa Birliyindən olan məmurların sözlərinə əsasən casusluq üçün nəzərdə tutulmuş proqram təminatı Avropa Komissiyasının minimum 4 nəfər təmsilçisinin smartfonları üzərlərində izləmədə olub.

    Keçən ilin noyabr ayında Apple şirkəti 1000-ə yaxın iPhone istifadəçisinə bildiriş göndərmişdi həmin bildirişdə qeyd edilmişdi ki, onlar müxtəlif dövlətlər tərəfindən dəstəklənən dələduzların qurbanlarına çevriliblər. Məlumata əsasən məhz həmin vaxtda Avropa Komissiyasının əməkdaşları casusluqdan xəbər tutmuş bu məsələ ilə bağlı tədbirlər görməyə başlamışdılar. Reuters saytı qeyd edib ki, 26 noyabr tarixində Avropa Komissiyasının baş texniki əməkdaşı öz həmkarlarına proqram təminatının təsviri ilə bağlı məktub göndərib onlara Apple şirkətinin növbəti bildirişlərini izləməyi məsləhət görüb. Avropa Birliyindən olan məmurları NSO Gropu şirkətinin casusluq tətbiqi vasitəsilə kimin izlədiyi hələ məlum deyil. Bundan əlavə olaraq həmin məmurların smartfonlarının hack edilib-edilməməsi  onlardan məlumatların oğurlanıb-oğurlanmaması da bilinmir.

    İT mütəxəssislər bəzi dövlət qulluqçularının smartfonlarını analiz edərək təyin ediblər ki, onlarda hack prosesinin izləri mövcud deyil. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər bildiriblər ki, 2021-ci ilin fevral ayından sentyabr ayına kimi Apple şirkətindən xəbərdarlıqlar əldə etmiş şəxslər ForcedEntry adlı tətbiqin əsas hədəfləri olublar. Sözügedən tətbiq iPhone üzərində gizli idarəetməni təmin edir. Proqram təminatının yaradıcısı olan NSO Group şirkəti bildirib ki, o, baş vermiş bu hadisədə iştirak etməyib. Reuters öz növbəsində baş vermiş hadisənin Avropa Komissiyası tərəfindən istintaqının aparılıb-aparılmadığını öyrənə bilməyib.

    Lakin bu xəbər casusluq üçün nəzərdə tutulmuş tətbiqlərin tərtibatçıları ilə mübarizə tədbirlərinin aktiv şəkildə müzakirəsi fonunda ortaya çıxıb. Deputat Sophie in’t Veld bildirib ki, Avropa Parlamenti 19 aprel tarixində xüsusi komitə yaratmalıdır. Həmin komitə isə öz növbəsində casus tətbiqlər vasitəsilə istifadəçi smartfonlarının izlənməsi hallarının istintaqını aparacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, proqram təminatının hədəfləri arasında həmçinin Macarıstandan olan məşhur jurnalistlər tənqidçilər də olublar. Macarıstan hökuməti öz növbəsində NSO Group şirkətinin məhsulunu əldə etdiyini etiraf etsə də, casusluq ilə bağlı ittihamları inkar edib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button