En son xeberler

Apple Watch modellərində qan təzyiqinin, qandakı şəkərin və bədən temperaturunun ölçülməsi reallaşdırılacaq

    Bloomberg saytının nüfuzlu jurnalisti Mark Gurman-ın verdiyi məlumata əsasən Apple şirkəti Apple Watch smart saatlarında çoxdan gözlənilən funksiyanı reallaşdırmağa hazırlaşır. Söhbət, qan təzyiqinin ölçülməsi funksiyasından gedir. Jurnalist qeyd edib ki, sözügedən funksiya Apple Watch modellərində 2024-ci ildə reallaşdırılacaq. Şirkətin bu funksiyanı daha tez reallaşdıra bilməməsinin səbəbi isə ondan ibarətdir ki, Apple bu məsələ ilə bağlı daimi şəkildə problemlərlə qarşılaşır. Bundan əlavə olaraq gələcək Apple Watch modellərində həmçinin qandakı şəkərin bədən temperaturunun ölçülməsi funksiyaları da reallaşdırılacaq.

    Apple artıq 4 ildir ki, öz smart saatlarında qan təzyiqinin ölçülməsi funksiyasını reallaşdırmağa çalışır. Lakin bunu lazımi səviyyədə reallaşdırmaq heç də asan məsələ deyil. Məlumata əsasən ən yaxşı halda Apple Watch modelləri bu funksiyanı 2024-cü ildə əldə edəcəklər. Lakin funksiyanın reallaşdırılması 2025-ci ilə kimi uzana bilər. Güman olunur ki, istifadəçi sözügedən funksiyanın istifadəsi zamanı rəqəmlərdən ibarət hansısa göstəriciləri əldə etməyəcək. Bunun yerinə smart saat istifadəçiyə ənənəvi tonometrdən (qan təzyiqin ölçülməsi üçün cihaz) istifadə etməyi həkim konsultasiyasını almağı məsləhət görəcək. Məlumatda qeyd edilib ki, sözügedən funksiyaya sahib Apple Watch prototipləri artıq şirkət əməkdaşları üzərində test edilir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button