En son xeberler

Apple şirkətinin 2 ədəd USB-C girişli yeni şarj adapterinin render fotoları təqdim edilib

    Dünən xəbər ortaya çıxmışdı ki, Apple şirkəti yeni şarj adapteri üzərində çalışır həmin adapter eyni anda 2 cihazı birdən şarj edə biləcək. Belə ki, hazırlanan yeni şarj cihazı 2 ədəd USB-C girişi ilə təchiz olunacaq  35 vatt gücündə olacaq. İndi isə insayderlər sözügedən şarj adapterinin render fotolarını təqdim ediblər. Verilmiş məlumatda qeyd edilib ki, yeni şarj adapteri Apple şirkətinin mövcud məhsullarından həm xarici görünüşcə həm də konstruksiya baxımından fərqlənəcək. Beləliklə insayderlər bildiriblər ki, adapterin əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, qatlana bilən çəngəl hissəyə sahib olacaq.

    Nəticədə istifadəçi onu rahatlıqla istədiyi yerə apara bilər. Təbii ki, adapterin gövdəsində 2 ədəd USB-C girişi də olacaq. Məlumata əsasən adapterin çıxış gücü 35 vatt təşkil edəcək. Bunun sayəsində adapter vasitəsilə eyni zamanda həm smartfonu həm də Apple şirkətinin digər cihazını şarj etmək mümkün olacaq. Buna misal olaraq iPhone modelini Apple Watch saatını gətirmək olar. Yeni şarj adapterinin nə zaman hansı qiymətə satışa çıxacağı bilinmir. İnsayderlər güman edirlər ki, şirkət onu bu ilin payız fəslində iPhone 14 seriyası ilə birlikdə təqdim edəcək.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button