En son xeberler

Ərzaq 33,6% bahalaşıb – 24 saat

BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı (FAO) yeni statistika yayıb. Rəsmi hesabata görə, 2022-ci ilin martında dünyada ərzaq ötən ilin eyni ayına nəzərən 33,6% bahalaşıb.

Bitki yağları üzrə qiymət artımı 56,1%, dənli bitkilər üzrə 37,3%, şəkər üzrə 27,7%, süd məhsulları üzrə 23,6%, ət üzrə 19% göstərilir.

Bahalaşma RusiyaUkrayna müharibəsinin doğurduğu beynəlxalq böhranın nəticəsidir.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır.

Fevralın 22-dən başlayaraq Rusiyaya ağır sanksiyalar tətbiq edilir, bu isə dünyanın hər yerində iqtisadi duruma mənfi təsir göstərir. FAO-nun açıqlamasına əsasən, mart ayında dünyada ərzağın qiyməti fevral ayı ilə müqayisədə 12,6% artıb. (Novator)

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button