En son xeberler

Çindən Serbiyaya silah daşıyan təyyarələr Bakıda da eniş edib? 

Serbiya bu raketlərin alınması üçün Çinlə müqaviləni 2020-ci ildə imzalayıb həmin kontrakta Çin istehsalı CH-92 dronları da daxildir

Çin Serbiyaya antitəyyarə raket sistemləri çatdırıb.

Associated Press yazır ki, Serbiya ilə Çin arasında bir neçə il bundan əvvəl bağlanmış kontrakta görə hərbi yükün içində döyüş dronları da olub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian aprelin 11-də deyib ki, sözügedən yük iki ölkə arasında illik əməkdaşlıq planına əsasən göndərilib üçüncü ölkələrə qarşı istifadə üçün nəzərdə tutulmayıb, habelə Avropada hazırkı vəziyyətlə bağlı deyil.

Jao bundan artıq təfərrüat bildirməyib.

Ehtimal edilir ki, Serbiyaya ötən həftəsonu çatdırılmış yük FK-3 ortamənzilli, səyyar yer-göy raketləri batareyasıdır.

Serbiya bu raketlərin alınması üçün Çinlə müqaviləni 2020-ci ildə imzalayıb həmin kontrakta Çin istehsalı CH-92 dronları da daxildir.

The Associated Press yazır ki, Serbiya prezidenti Aleksandar Vuçiç FK-3 batareyasının gətirildiyinə dair suallara cavab verməyib.

O deyib ki, Serbiya hərbiyyəsinin “yeni iftixarı” barədə bugünlərdə bəyanat verəcək.

6 təyyarə

Bu da xəbər verilir ki, FK-3 raketləri HQ-22 yer-göy raket sisteminin ixrac modifikasiyasıdır buna görə də onun vurma məsafəsi 170 kilometrdən 150 kilometrə endirilib.

Raketlər yarımaktiv radar tuşlama sisteminə malikdir. Xəbər verilir ki, bu raketlərdən ballistik qitələrarası raketlərin, təyyarə helikopterlərin vurulması üçün istifadə oluna bilər.

Bəzi məlumatlara görə, bu raketlər eyni zamanda altı hədəfi nişan ala bilir.

Eyni xəbəri yayan Defense News saytı yazır ki, Çin hərbi yükü Xalq Azadlıq Ordusunun Y-20 ağır yük təyyarələri ilə iki gün ərzində çatdırıb.

Qeyd olunur ki, iki gün ərzində altı Y-20 təyyarəsi Bakıda İstanbulda yolüstü eniş edib. Bu xəbəri rəsmi Bakı, hələlik, nə təsdiq, nə də təkzib edib. Təyyarələrin habelə Mərkəzi Asiya, Ermənistan Bolqarıstanın üzərindən uçduğu bildirilir.

Xəbər verilir ki, Y-20 təyyarələrinin Çindən Serbiyaya uçuşlarını təyyarə marşrutlarını izləyən saytlar monitorinq ediblər.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button