En son xeberler

Azərbaycanda quş yeminin qiyməti 3 dəfə qalxıb

Quş yumurta istehsalçıları Ukraynadakı müharibəyə görə yem yem əlavələrinin idxalında çətinliklərlə rastlaşıb.

Bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik Orta Biznesin İnkişafı Agentliyində Assosiasiya üzvləri ilə keçirilən görüşdə deyib.

Assosiasiya rəhbərinin sözlərinə görə, məhz bu səbəbdən, qiymətlər bir həftə ərzində 3 dəfə artıb.

“Biz (pərakəndə ticarət – red.) şəbəkələrdən pulu vaxtında ala bilmirik deyə lazımi qədər yemi də tədarük edə bilmirik. Şəbəkələrlə bağlı digər problem onların satış nöqtələrində saxlama şəraitinin normalara cavab verməməsidir. Bunun üzündən bizim məhsulların geriqayıtma səviyyəsi 8-12%-ə çatır. Halbuki, dünyada bu 2%-dən yuxarı olmur”, – deyə Mürvət Həsənli əlavə edib. (APA)

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button