En son xeberler

Avropa Rusiya sərnişin təyyarələrini ‘təhlükəli’ kateqoriyasına saldı

Bu o deməkdir ki, bu şirkətlərin təyyarələri Aİ ərazisi üzərindən uça bilməzlər

Avropa İttifaqı Rusiyanın 21 mülki aviasiya şirkətini uçuşlar üçün təhlükəli siyahısına salıb.

Bu o deməkdir ki, bu şirkətlərin təyyarələri Aİ ərazisi üzərindən uça bilməzlər.

Qərara verilən izahatda deyilir ki, təyyarə sahibləri istehsalçıları Rusiya təyyarə donanmasının texniki vəziyyətinə görə cavabdeh deyillər.

Aİ-nin qadağan siyahısına Rusiyanın iri aviasiya şirkətləri, məsələn Aeroflot, Pobeda, S7, Rossiya, Utaier Ural hava yolları şirkətləri salınıb.

Sözü gedən qadağan siyahısında İraq, İran, Şimali Koreya, Əfqanıstan, Qırğızıstan bir neçə başqa ölkələrin aviaşirkətləri də var.

Avropa Komissiyası xatırladıb ki, Moskva Rusiya aviasiya şirkətlərinə təyyarələrdən müvafiq beynəlxalq sertifikasiya olmadan istifadəyə icazə verib.

Avropa İttifaqının məqliyyat komissarı Adin Velyan deyib ki, belə bir hal sərnişinlərin həyatı üçün təhlükə yaradır.

Təyyarələrin qiyməti sıfırlanıb

Rusiya sərnişin təyyarələrinin böyük bir hissəsi Qərb lizinqçilərinə məxsusdur mart ayınadək Bermud adalarında qeydiyyatda idi.

Ukraynada müharibə başlayandan sonra Rusiya bu təyyarələri əslində müsadirə edərək öz qeydiyyatına salıb.

Bu səbəbdən təyyarələrə texniki xidmət artıq Qərb ölkələri istehsalçıları tərəfindən aparılmır.

Pobeda aviasiya şirkətinin keçmiş rəhbəri Andrey Kalmıkov Kommersant qəzetinə müsahibəsində deyib ki, bu təyyarələr beynəlxalq bazarda tamamilə dəyərdən düşüb:

“Rusiya reyestri faktiki olaraq təyyarənin qiymətini sıfırlayır. Bu təyyarələrə naməlum sxemlər əsasında naməlum sertifikatları olan adamlar xidmət göstəririrlər”.

Rusiya aviaşirkətlərinin Rusiyada qeydiyyatda olan təyyarələrin Avropaya bütün uçuşları hələ fevral ayından qadağan olunub.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button