En son xeberler

Ən yüksək radiotezlikli şüalanmaya sahib smartfonların reytinqi tərtib olunub

    BanklessTimes nəşriyyatı ən yüksək radizotezlikli şüalanmaya sahib mobil cihazların reytinqini tərtib edib. Tərtib edilmiş reytinqə müxtəlif brendlərə sahib 10 smartfon daxil olub. Bununla belə reytinqdə olan cihazların 1/3 hissəsi Google şirkətinə məxsusdur. Beləliklə tərtib edilmiş reytinqdə birinci yeri Motorola Edge smartfon modeli tutub. Bu smartfonun SAR (elektromaqnit enerjisinin udma əmsalı) göstəricisi 1.79 vatt/kq təşkil edir. Bu göstərici isə ABŞ-ın FDA adlı nizamlayıcı orqanı tərəfindən təyin edilmiş 1.6 vatt/kq göstəricidən daha yüksəkdir. Reytinqin ikinci pilləsində ZTE Axon 11 5G (1.59 vatt/kq) smartfonu qərarlaşıb. Üçüncü yeri isə OnePlus 6T (1.55 vatt/kq) modeli tutub.

    Reytinqin ilk beşliyinin dördüncü yerini Sony Xperia XA2 modeli, beşinci yerini isə Google Pixel 3 XL modeli tutub. Bundan əlavə olaraq reytinqə Google Pixel 4a, OPPO Reno 5 5G, Sony Xperia XZ1 Compact, Pixel 3 OnePlus 6 smartfonları da daxil olublar. Qeyd etmək lazımdır ki, lokal bazarlar üçün maksimal SAR göstəricisi müxtəif regionlarda fərqlidir. Bununla belə radiotezlikli şüalanmanın insan səhhətinə təsiri üzrə elmi sübutlar mövcud deyil. 2G-dən 4G-yə kimi əhatə dairəsinə sahib cihazlar 0.7-2.7 GHz diapazonda, 5G dəstəyinə sahib cihazlar isə 80 GHz-ə kimi olan diapazonlarda şüalanma ifraz edirlər. Bu cür tezliklər ionlaşdırıcı tezliklər siyahısına daxil deyil onların aşağı enerji göstəriciləri insan DNT-nin dəyişməsinə səbəb olmurlar.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button