En son xeberler

Whatsapp-ın səsli mesaj funksiyası əsasında yeni dələduzluq növü yayılmağa başlayıb

    Armorblox adlı İT şirkəti Whatsapp-dakı səsli mesajlar funksiyası kimi maskalanan yeni dələduzluq sxemi barəsində məlumat verib. Aşkar edilmiş yeni dələduzluq sxemi vasitəsilə hackerlər kompüterə zərərli proqram təminatı yükləyərək onun daxilində mövcud olan istifadəçi hesablarını, elektron portmanatların şifrələrini hətta faylları oğurlayırlar. Hackerlər kompüterlərin hack edilməsi prosesini elektron poçt məktubu vasitəsilə reallaşdırırlar. Onlar tərəfindən göndərilmiş bu cür məktub messencerin rəsmi dəstək xidmətindən olan bildiriş kimi maskalanır  istifadəçiyə səsli mesajın dinlənilməsini təklif edir. Səsli mesajın yerləşdirildiyi linkə klikləyəndən sonra isə istifadəçi fişinq sayta yönləndirilir nəticədə onun kompüteri JS/Kryptic adlı virus ilə yoluxur.

    İstifadəçini zərərli proqram təminatının yüklənməsinə məcbur etmək üçün hackerlər hətta məşhur “Click allow to confirm that you are not a robot” yazılı captcha formasını da imitasiya edirlər. Düyməyə klikləyəndən sonra brauzer kompüterin optimizasiyası üçün nəzərdə tutulmuş faydalı proqram təminatı adı ilə əslində virusun quraşdırılmasını təklif edir. Armorblox şirkəti qeyd edib ki, elektron poçt vasitəsilə göndərilən bu cür məktubların rəsmi Whatsapp tərtibatçıları ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə olaraq messencer daxilində səsli mesajlar avtomatik olaraq yüklənirlər. Buna görə də messencerin administrasiyası yeni səsli mesajın daxil olduğu barəsində bildirişi elektron poçt vasitəsilə göndərmir. Bununla yanaşı göndərilən fişinq məktublarda Whatsapp-ın loqosu mövcud deyil.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button