En son xeberler

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilir

Parlament seçkiləri 2023-cü ilin oktyabrında keçirilməlidir

Pakistan parlamenti müxalifətdən olan deputat Şahbaz Şərifi ölkənin yeni baş naziri seçib. Bir gün öncə vəzifədə olan baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirilmişdi.

70 yaşlı Şərif Pakistan Müsəlman Liqasının (Navaz) (PML-N) prezidenti, üç müddət baş nazir olmur, korrupsiyada təqsirli bilinmiş Navaz Şərifin kiçik qardaşıdır.

Qureşinin namizədliyi geri götürülüb

Səsvermədən öncə İmran Xanın partiyasından deputatlar parlamentdən çıxıb. Pakistan Təhriki-İnsaf (PTI) partiyası isə baş nazirliyə keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin namizədliyini geri götürüb.

“Partiyamızın qərarına uyğun olaraq seçkini boykot edir, istefa veririk”, – Qureşi PTI-dən 100-dən çox deputat parlamentdən çıxmazdan öncə çıxışında deyib.

Üç ildən çox hakimiyyətdə olmuş Xana etimadsızlıq səsverməsi aprelin 10-da səhər saatlarında keçirilib. Həftələrlə davam edən siyasi böhrandan sonra müxalifət birləşərək ona qarşı belə bir addıma əl atıb.

Müxalifət partiyaları etimadsızlıq səsverməsi üçün 342 yerlik parlamentdə 174 səsi təmin ediblər.

Xanın iddiası

Xan səsverməni önləməyə çalışaraq parlamenti buraxmağa, erkən seçki keçirməyə cəhd edib. Amma Ali Məhkəmə etimadsızlıq səsverməsinin keçirilməsinə qərar verib.

Parlament seçkiləri 2023-cü ilin oktyabrında keçirilməlidir.

Xan müxalifət hökumətini tanımayacağını deyib, Rusiya Çinə qarşı Vaşinqtonla birlikdə hərəkət etməkdən imtina etdiyi üçün ABŞ-ın ona qarşı belə bir plan qurduğunu iddia edib.

Vaşinqton ittihamı rədd edib, Xan isə bu iddianı əsaslandıracaq dəlil gətirməyib.

Müxalifət Xanı iqtisadiyyatı düzgün idarə etməməkdə suçlayır. Ölkədə inflyasiya artır, milli valyuta dəyər itirir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button