En son xeberler

Gündəlik işlərinizə icraçı tapa biləcəyiniz yerli platforma

    Bir müddətdir Azərbaycanda fəaliyyətə başlayan onlayn xidmətlər bazarı platforması azdo.az 3000-dən çox tapşırıq icraçısını platformada birləşdirə bilib. Platformanın çalışma məntiqi Azərbaycandan olan bir çox xidmət icraçısını onlayn formada vahid bazada toplamaq, daha sonra həmin şəxslərin xidmətlərinin təklifi ilə icraçılara öz işlərinə uyğun namizədləri optimal qiymətə tapmağa kömək etməkdir. Azdo.az platformasında sifarişçi şəxslər təmir xidmətləri, kompüter həlləri, dil öyrənmə, dayə xidməti, foto, video, audio dəstək, kuryer, gözəəlik, sağlamlıq kimi gündəlik aylıq təlabatlarına platformada yer alan icraçıların təkliflərindən yararlanmaqla istifadə edə bilərlər.

    Platformada yer alan 3000-dən çox icraçı, sifarişçilərin istək tələblərinə uyğun onlara öz təkliflərini göndərə, yaradılan tapşırıqlarda iştirak sorğusu yarada bilərlər. Burada icraçılar istək tələbatlarına uyğun tapşırıqlar yaratmaqla vahid platformada bir neçə icraçıdan təklifləri ala bilirlər. Bu da öz növbəsində rəqabətin yaranmasına daha optimal qiymətə işin icrasına səbəb olur. Platformada sifarişçi yəni iş təklif edənlə yanaşı icraçı olmaq da sərbəstdir. Yəni siz əgər hər hansısa bilik bacarığa sahibsinizsə, rahatlıqla azdo.az-da qeydiyyatdan keçib öz xidmətinizi sifariş yerləşdirənlərə təklif edə bilərsiniz. 

    Azdo.az tipli xidmətlər platforması dünyada olduqca məşhur həllərdən hesab edilir. Bugünə qədər Azərbaycanda bu cür xidmətləri insanlar daha çox elan saytlardan tapa bilirdilər. Elan saytlarında isə imkanlar daha məhdud daha çox məhsul satışına fokuslandığı üçün icraçı sifarişçi arasında sadəcə ilkin əlaqə yaradılırdı digər proseslər kənarda həyata keçirdi. Azdo.az platformasında isə işin icrası sifarişin yerləşdirilməsi başlanğıc mərhələdən sona qədər onlayn formada baş verir burada iş bitdikdən sonra icraçılara reytinq verilir. Bunun sayəsində növbəti sifarişçilər icraçı seçimində daha sərbəst ağıllı davrana bilirlər. Platformada onlayn xidmətlərlə yanaşı, ənənəvi xidmətləri də oflayn qaydada icra etdirmək mümkündür. Sifarişçiyə burada lazım olan yeganə şey tapşırıq yaratmaq həmin tapşırığa olunan müraciətləri nəzərdən keçirməkdir.

    Platformada tapşırıq yaratmaq çox sadədir. 3 mərhələli olan prosesin birinci mərhələsində sifarişçi tapşırığın təsvirini, daha sonra detallarını sonda tapşırıq üçün nəzərdə tutduğu büdcəni qeyd edir. Bu imkanlara uyğun gələn namizədlər yəni icraçılar isə tapşırığı yerinə yetirmək üçün icraçıya təkliflər göndərməyə başlayırlar. 

    “Freelance” yəni sərbəst iş modelini sevənlər üçün platforma əlavə gəlir yeri təmin edir. Sözügedən platfromada sifarişçi icraçı olmaq üçün azdo.az platformasını ziyarət edə bilərsiniz. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button