En son xeberler

Boris Conson gözlənilmədən Kiyevə səfər edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə səfər edib.

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

Boris Conson Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə təkbətək görüş keçirib. Prezident Ofisinin rəhbəri Andrey Yermak Boris Conson Vladimir Zelenski arasında söhbətin “çox zəngin konstruktiv” olduğunu bildirib.

“Liderlik – digərləri məsuliyyətdən yayınmağa çalışan zaman, bəzilərinin könüllü olaraq üzərinə götürdüyü yükdür. Real liderlərin sayı heç vaxt çox olmur. çox yaxşı ki, onların arasında Ukraynanın əsl dostlar var. Böyük Britaniyanın Baş naziri Boris Conson kimi”, – Yermak deyib.

Onun sözlərinə görə, Conson Rusiya təcavüzünün ilk günlərindən Zelenski ilə birbaşa təmasda olub.

“Bu gün isə yenidən Kiyevə gəlib. Söhbət çox zəngin konstruktiv keçdi”, – Prezident Aparatının rəhbəri vurğulayıb.

Yermak əlavə edib ki, müntəzəm olaraq cənab Consonun təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrouv beynəlxalq məsələlər üzrə müşaviri Devid Kvorri ilə danışır, buna görə də bu səfər kortəbii olmayıb.

“Nəticələri gözləmək çox çəkməyəcək. Amma indidən deyə bilərəm: biz daha da güclənəcəyik”, – Yermak vurğulayıb.

Britaniya hökumətinin mətbuat katibi isə bildirib ki, Boris Conson Vladimir Zelenskiyə hərbi yardımın gücləndirilməsi ilə bağlı təkliflər təqdim edib.

“Baş nazir prezident Zelenski ilə şəxsən görüşmək Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Ukraynaya səfər edib. Baş nazir yeni maliyyə hərbi yardım paketini təqdim edəcək”, – o, açıqlamasında bildirib.

Bəzi məlumatlara görə, söhbət çox ciddi yardım paketindən gedir. Bundan əvvəl məlum olmuşdu ki, Böyük Britaniya Ukraynaya “Mastiff” “Chakal” tipli zirehli texnika göndərməyə hazırlaşır.

Xatırladaq ki, ümumilikdə indiyədək ABŞ müttəfiqləri artıq Ukraynaya 60 min tank əleyhinə sistem 25 min Daşınan Zenit Raket Kompleksi göndərib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button